Keçmiş deputat Gülər Əhmədova Yenisabah.az-ın suallarını cavablandırıb.
- Gülər xanım, bir neçə gündür ki, Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal yaşanır. Koronavirus pandemiyasına görə kütləvi tədbirlərin, o cümlədən toyların qadağan edildiyi vaxtda belə bir addım atılmasını necə qiymətləndirirsiniz?
- Heç bir halda qaydaları pozub toy etmək doğru deyil. Qaydalar elə birinci deputatlar tərəfindən nəzərə alınmalıdır. Ağız dolusu danışmazdan əvvəl zəhmət çəkib özləri də qaydalara əməl etsinlər. Ondan sonra xalqdan nəsə tələb etsinlər.
- Bu gün Ramiz Mehdiyev tənqid hədəfindədir. Hətta vaxtilə ona yaxınlığı ilə seçilən şəxslər belə, bu tənqidlərə qoşulub. Sizi də onun adamı hesab edirdilər...
- Mən Ramiz Mehdiyevin yaxın adamı olsaydım, həbs olunmazdım. Hamı çox gözəl bilir ki, kim kimin adamı olub! Ramiz Mehdiyev mənim üçün nə edib? Bəlkə ərimi, qardaşımı, oğlumu, bacımı vəzifəyə qoyub, mənə universitetdə kafedra verib? Mən onun adamı olsaydım, həbsdən sonra 8 il işsiz qalardım? Abel Məhərrəmov nəyə görə mənə iş vermədi? Mənə zorla ərizə yazdırdı. Halbuki ona dövlət başçısı səviyyəsində deyilmişdi ki, icazə verin dərsini desin. Niyə məni onlarla müqayisə edirlər? Mənim evimdə bir adam işləmir. Yoldaşımı işdən qovdular. Kimdən soruşduqsa, “Ramiz Mehdiyevin tapşırığıdır” dedi.
Kütlə deyə bilər ki, filankəs Ramiz Mehdiyevin adamıdır. Heç bir sübut olmadan məni niyə həbsxanaya apardılar? Uşağımın ad günündə imkan vermədilər ki, onun tortunu kəsim. Mən onlardan xahiş elədim ki, heç olmasa uşağımın tortunu kəsim, plovunu qazın üstündən götürüm. İcazə vermədilər. Mənə nə sübut elədilər? Üstümə gətirib qoydular ki, sən adam öldürmüsən. Sübut etdilər? Respublika Uşaq Təşkilatı kimi təşkilat yaratmışdım. Onu dağıtdılar. “Mərkəz” qəzetim var idi, onu əlimdən aldılar. Mənəm Mehdiyevin adamı?!
- Belə iddialar var ki, Milli Məclisdə Ramiz Mehdiyevin deputat komandası olub. Siz də uzun illər parlamentdə təmsil olunmusunuz. Deyilənlər doğrudurmu?
- Əlbəttə ki, Ramiz Mehdiyevin ətrafında olan insanlar olub. Amma məni həmin sıraya yazmaq sadəcə gülməlidir. Bəzi jurnalistlərə də gülməyim gəlir. Onlar düşünmürlər ki, bu şəxs Mehdiyevin adamı olsa, belə günə düşərdi?! Ağlı olan adam başa düşərdi, amma düşmədilər. Bizə ən böyük zərbəni Abel Məhərrəmov vurub. Ramiz Mehdiyevin adamı Abel Məhərrəmovdur ki, bizə zərbəni zərbə dalınca vurdu. Mənim oğlum BDU-da əyani aspiranturada oxuyurdu. Onu BDU-dan səbəb göstərmədən çıxardılar. Sonra da götürüb əsgər apardılar.
Getdim ki, dərsimi deyim, mənə dedilər ki, ərizəni yaz. Səbəbini soruşdum, cənab Prezidentin zərfini aldığımı dedim, mənə “məsləhət deyil” dedilər. Hər şeyin üstü indi açılır. Mən danışmaq istəmirəm, amma bir az düşünmək lazımdır ki, əgər bu, Ramiz Mehdiyevin adamıdırsa, niyə bu gündədir?! Ramiz Mehdiyevin bütün adamları - arvadları, ərləri, uşaqları, özləri vəzifədədirlər. Mənim evimdəki hər kəsi işdən çıxardılar. Həbsdən çıxanda sonra iş vermədilər. Necə olur ki, biz Ramiz Mehdiyevin adamı oluruq, həm də rəzil gündə yaşayırıq?!
- Bəs sizin barənizdə bu iddialar haradan qaynaqlanır?
- Mən istəyirəm ki, azərbaycanlılar bir az həqiqəti görsünlər. Bu, təkcə mənimlə bağlı deyil, ümumiyyətlə başqa biri ilə bağlı da hər deyilənə həmin dəqiqə inanmasınlar. Adam haqqında çox söz deyərlər. Sən bir bu adamın oturuşuna-duruşuna, həyatına bax, deyilən şeylərə uyğun gəlib-gəlmədiyinə nəzər sal. Çox adama çox şey deyərlər.
Mən 1993-cü ildən bəri işləmişəm. Jurnalistlərə həmişə deyirəm ki, özlərinin bir mövqeyi olsun, adıma yazmadıqları qalmadı. Bir baxsınlar ki, onlara verilən informasiya nə dərəcədə doğrudur. Mən necə dəfə çıxıb dedim ki, işsizəm. Bunları eşitməyiblər? Ramiz Mehdiyevin adamı belə gündə yaşayar? Dəfələrlə dedim ki, yoldaşım onkoloji xəstədir, müəllimdir, ona dərs verin, səs çıxmadı.
Danışan adamlar indi danışırlar. Onların hər şəraiti var. Övladları vəzifədədir, arvadları da məktəb direktorudur. Onlarla məni götürüb müqayisə eləsinlər, görək, mənlə onları bir tərəziyə qoya bilirlər?! Sadəcə mən ağlamağı sevən adam deyiləm. Mən 1-2 dəfə sözümü deyib, kənara çəkilirəm, çünki gecə-gündüz oturub ağlamağı özümə əskiklik bilirəm. Aydın Mirzəzadəyə, Elman Nəsirova mənim gülməyim gəlir. Bunlar Ramiz Mehdiyevin şah əsərləridir. Bunlar o vaxt məni gecə-gündüz söyürdülər, haqqımda demədikləri qalmamışdı. Kimdən məni niyə söydüyünü soruşurdumsa, mənə deyirdilər ki, aparatdan tapşırıblar.
Mənə Ramiz Mehdiyevin adamı deyən jurnalistlərin özləri kim idilər ki?! Haqqımda şər-böhtan yazırdılar. Onların bir çoxu ilə mənim gözəl münasibətim olmuşdu, yüz dəfə də yaxşılıq eləmişdim. Amma haqqımda yazmadıqları qalmadı. Bu qədər şey oldu, heç kimə heç nə demədilər, amma Gülər Əhmədovanın anasını ağlatdılar.
- Sizcə, Ramiz Mehdiyevi tənqid edənlər ona münasibətlərində səmimidirlər?
- Yeni Azərbaycan Partiyasının “Səs” qəzeti var. O vaxt o qəzet mənim haqqımda olduqca təhqiramiz ifadələrə yer vermişdi. Bilənlər bunu yaxşı bilir. Səhv etmirəmsə, yazan Bəhruz Quliyev idi. Mən sonradan onlardan niyə belə etdiklərini soruşdum. Çünki YAP-ın quruculuğunda uzun müddət çalışmış adamam. Mənə bunu onlara aparatdan tapşırdıqlarını dedi. İndi bunlar çıxıb Ramiz Mehdiyevi tənqid edirlər. Halbuki bunlar Ramiz Mehdiyevdən, Əli Həsənovdan ən çox yararlanan insanlardılar. “Səs” qəzeti tənqid edir, Aydın Mirzəzadə tənqid edir... Bax, hər gün bir sifətə dönən adamlar bunlardılar. Ramiz Mehdiyevə dövlətin sütunu deyən adamlar indi hamıdan qabağa qaçıb tənqid edirlər. Bunları doğrudan da görmürlər? Gərək, bunlar deyilsin?
Adam var ki, vəziyyətin dəyişdiyini görən kimi hamıdan qabaq qaçır. Mənim elə xasiyyətim yoxdur. Mən yıxılan adamı kimliyindən asılı olmayaraq vurmuram. Düzdü, qadın olmağıma, körpə uşağıma baxmadan nə qədər pislik varsa, etdilər. Amma mənim elə xasiyyətim yoxdur. Sadəcə mənim acığıma gələn şey odur ki, mən bunun adamı olmadığım halda, belə dedilər. Yaxşı bir məsəl var, elə yerinə düşür: İsinmədik istisinə, kor olduq tüstüsünə...
Küçədən keçən adam Ramiz Mehdiyevin adamı olduğumu deyə bilər. Amma jurnalistin vicdanı olmalıdır. Əli Həsənovun tapşırığı ilə Gülər Əhmədova haqqında böhtan yazan onlar deyildimi? Mənim haqqımda yazdıqlarını görsəniz, şoka girərsiz. Həmin o “Səs” qəzeti bir nömrəli adamlarıydı. İndi bunlar Ramiz Mehdiyevi tənqid edən olublar. Adamın bir sifəti olar, adam kişi olar. Ayaqqabısından öpürdülər, indi nə oldu? Mənim gətirib bir nəfər vəzifədə olan adamımı göstərsinlər. Villalarımın, şadlıq evlərimin olduğunu yazırdılar, hardadı onlar?! Dünən gələn adamlar, özlərinə böyük biznes qurublar. Bizim isə yeddi arxa dönənimiz Bakıda yaşayıb, amma heç nə yoxdur. Bizim bir evimiz, bir dənə də maşınımız var. Bunların simasını göstərmək lazımdır.
Onlara bir-bir zəng vurdum ki, haqqımda tərbiyəsiz şeylər yazmasınlar, mənim oğlanlarım, qardaşlarım var. Amma nə fayda... İndi çıxıb Mehdiyevi bəyənmirlər. Göydə Allah var. Adam istənilən vəzifədə ola bilər, amma gərək vicdanı olsun. Həqiqət elə bir şeydir ki, gəlib yerini tutur. Gərək, haqqın tərəfində olasan. Öləndə də insan kimi öləsən. Mən yalan danışmamışam. Heç nə sübut edə bilmədilər. Çox böyük iyrəncliklər var. Mən bunlardan bezmişəm, çalışıram ki, heç onların yanından da keçməyim. Hər şeyi qatıb qarışdırdılar və zibilini çıxardılar.
Mənim qədər qaçqınlarla kim işləyib? Axırıncı qaçqın düşərgəsi götürülənədək mən işləmişəm. Bunu minlərlə adam bilir. Hər rayonla-şəhid ailəsi, qazi ailəsi, əlillərlə bağlı mənim siyahılarım var idi. Mən sadəcə reklam sevmirəm. İndi gedib iki kiloqram makaron alırlar, gecə-gündüz onu nümayiş etdirirlər. Yaxşı görünmür, ancaq pis bir şeyi həmin dəqiqə böyüdürlər. Biz bayramlarda o ailələrin payı çatmamış evimizdə oturmurduq. Mən səmimi deyirəm ki, simasız, riyakar, yalançı, ağızlarına gələni yazan adamlardan iyrənmişəm. Adamın bir siması olar. Jurnalistikaya dəxli olmayan, mənasız, məzmunsuz adamalara ev veriblər, hörmətli, ehtiyacı olan jurnalistlərimiz bir tərəfdə qalıblar. Mehdiyevin adamlarını elə tapsınlar. Harda döyülüb-söyülən adam varsa, Mehdiyevin adamıdır deməsinlər. Abel yarımştat dərsi də qoymadı ki, mən keçim...

Şərhlər
Ay Gülər, ayda 3 min manat təqaüdü sənə kimə görə verirlər? Bəlkə, prezident təqaüdü də alırsan, xəbərimiz yoxdur. Sənin pensiya yaşın çatıb, məgər. Əlbəttə Ramiz Mehdiyev ayda 3 min manat təqaüdü sənə verdirib. Heç olmasa. düz danış. Adi texniki peşə məktəbində dərs deyirdin də. Sən Ramizin hesabına milyoner oldun da.
..... Gülər, bizdən aldıgın pulu nə vaxt qaytaracaqsan !
Gulər Ramizin 5-ci adamuşkası olub
ADIMI SƏNƏ QOYARAM,SƏNİ DƏ YANA YANA.HEÇ OLMASA DANIŞMA,EFİRLƏRƏ ÇIÇMA,MƏTBUATDA GÖRÜNMƏ AY BƏDBƏXT QIZI.SƏN BU MİLLƏTİ NƏ HESAB EDİRSƏN.SƏN İNDİDƏN SONRA NƏYƏ NAİL OLMAQ.DEPUTAT ?? HA,HA,HA. OLSAN DA OLARSAN SƏNDƏ Kİ O ÜZ VAR.
Gülər Ramizin əli ilə Minlərlə qeyrətli Azərbaycanlılnı məhv edib
"Bunun da bir tərəfi ermənidir axı." Hansı tərəfi? Sağı, solu, arxası, qabağı, üstü, altı?
Hormetli guler xanim nece oldu ki o qeder deputatin icinde sizi layiq bildiler ABU rektoru elsad abdullayevle mandat alverine sizi kim gondermisdi ora ozbasiniza getmisdiz yoxsa tebii ki ramiz mehdiyev gondermisdi.yeter artiq onsuzki bu millet yalanlardan bezib Abelden istifade edib ozunuzu temize cixartmaga calismayin.daha besdi bu milleti qoyun yerine qoymayin bu xalq neyin ne kimin kim oldugunu cox gozel bilir sadece edebinnen abir heyasinnan susur.susmaq cahillik demek deyil.unutmayinki allah herzaman var ama deyesen siz allahin varligina vezife bitennen sonra inanirsiz
Vallah oğru elə qışqırır ki doğrunun bağrı yarılır.Elə Ramiz Mehdiyev öz bazarkomunun vaxtından əvvəl həbsdən azad olunmasına Nail oldu dəəun
" Aydın Mirzəzadəyə, Elman Nəsirova mənim gülməyim gəlir. Bunlar Ramiz Mehdiyevin şah əsərləridir." Maraqlıdır, sən ramiz mehdiyevin əsərlərinin hansı kateqoriyasına aidsən?
"Bunlar iblisdi.İndi də "İÇƏRİDƏ" qalmaq üçün Ramizin göstərişi ilə onu söyürlər". Bunlar bu millətə və vu dövlətə bacardıqları qədər ziyan vurublar. İndi sadəcə olaraq rus demişkən şkuralarının xilas etmək istəyirlər. Mümkün deyil. Çünki, bütün körpüləri yandırıblar.
Bu deyir ki, mən ramiz mehdiyevin adamı olsaydım həbsxanaya düşməzdirm. Mən də deyirəm ki, sən əgər ramiz mehdiyevin adamı olmasaydın heç o həbsxanadan çıxmazdın. Nala-muxa vurma, xalq sənin dabbaxda gönünə bələddir. Danımasan daha yaxşı olar, qaspaja Gyuler xanum.
Bir böluk boşbağazıq heyvərəlik adətimiz....Yazana rəhmət.Biz nədən bu qədər riyakariq.
əhsən Ramiz aga ,sizi dəstəksiz deyilsiniz , "hücum ən yaxşı müdafiədir" - fəndiniz işə düşüb
Qûler xanim mende , obyekde satici yeri boshalib , seni ishe qetire bilerem . Maash 300 azn. ishsiz qalma ayibdi!
Nihada...Nihad qardaş Tbilisi prospektində "Restoran-05", Yasamal Navastroykalarında hədə qorxu ilə tikinti aparanlardan əldə edilən mənzillər, milyanerlər məhləsində villa və s. və digər obyektlər əlbəttə də ki, deputat maaşı ilə alınıb. Başqa cür ola bilməz. Gülər xanım xalqının yolunda canını qoyub...
Eh dünya, utanmasan oynamağa nə var ki, əhəmiyyət vermə Gülər xanım, sənin bu xalq qarşısında xidmətlərin çox böyükdür...Şəxsən mən qabağımda Rakı, Viqor siqaretindən çəkə-çəkə, televizorda Şuşanik filminə baxıram. Mirzə Ələkbər Sabir demişkən "Ah necə kef çəkməli əyyam idi..."..n
Sən nətəri də hafiz haciyevə oxsayirsan.Yaxin qohum deyilsənki?
İnsan yaxşı günündə, keyfi kök olanda ALLAH yada düşmür.Dar gündə hamı ALLAHI çagırır...
onlar ramizin ayaqqabisindan öpubler....
"Get Maisə deki, deputat Gülər Əhmədova sənin qardaşın Ramiz Mehdiyevlə......" Mərhum Sevinc Babayeva bu videoya görə qətlə yetirdiniz
Görəsən sizlər necə ....
Gulər,onlar ramizin ayaqqabisindan öpubler...
Bunun kimi riyakar... YAP hakimiyyətindən özü
hə,Gülər xanım !Tbilisi prospektindəki ! "05"restoranınızı hamı tanıyır ,bu sizin n beşinci arendada olan gəlir sahənizdir
Deyəsən "tülkü abid" olub, Abid də pensioner !
Qulaq gunde ne qeder yalan esider.guler ehmedova bahar muradova her ikisinin ramiz mehdiyevin kadri oldugunu hami bilir
Gülər xanım rüşvət məsələsindən niyə danışmırsınız?Axı Elşad Abdullayevin üzə çıxardığı görüntülər ayrı şey deyir.
Milyon$ rusfet almaq,kimise deputat teyin eden insandan qorxmaq lazimdir.O dunyada belenci insanlar cennet ve cehennemide milyonlarla $-la teyin edecekler,hokume bax!!!
hə,Gülər xanım !Tbilisi prospektindəki ! "05"restoranınızı hamı tanıyır ,bu sizin beşinci arendada olan gəlir sahənizdir , hələ bunlar biz biəndir,azı bir oqədər də təzə binalarda mənzilləriniz var,sadə deputat bu qədər obyekti görəsən hansı maaşla alıb?
Yazıq...
Bunun da bir tərəfi ermənidir axı.Yəni Ramizlə qohumdurlar....
Mandat pulu yigan GULUÇKA!!! Utanmasan oynamaga ne Var ki.
Deyir ki heç bir sübut olmadan həbs etdilər. Bəs Elşadın videoları nə barəsində idi? O vaxt iqtidarı biyabır eləmişdin, ona görə qəzetlərdə haqqında yazırdılar.
Siçanlar batan gəmidən qaçırlar
AYE,NECE ILLERDI BU DOVLETI RAMIZ IDARE EDIB,ONUN SOZU KECIB,VSYE
Taleh yəqin ki, adını gizlədib.Amma yazdıqları dogrudur və də bunun şahidiyəm.Hətta bunların Syasi şuraya seçilməsi sonradan xeyli narazılıqlar yaratdı və narazıların hamısı müxtəlif şəkildə cəzalandırıldı.
Buna baxanda bezi deputatlara şükür.Saxta adamdır .
Seni turmeden Ramiz cixardib ewitdiyime gere deputat pensiyasi alirsan
hamı deyir mən ramizin adamı olmamışam, " deyesen bu ramiz ele tək-tənha işləyirmiş" . Sirus Təbrizli bunlara görə YAP- a deyirdi də....
Sən özunu nə hesab edirsənki,səni hec kim tapsirmamis necə defe deputat secilmisen.Sən nə pacotni adamsan.Səni elə hemise Ramiz secdirib.Sen onuncun nə elediyini butun xalq bilir.Səni görəndə bilirsen kim adamin yadina dusur....
Gözünün içinə qədər yalan deyir.YAP-ın İ Qurultayında hamını sok edən olay oldu.Güləri və Baharı YAP-siyasi şurasına seçdilər.Dəhşətə gəldik ki, bunlari kim bura soxdu.(ikisidə göy kostumda, eyni priçoskada eyni fasonda) Məlum oldu ki, Ramizin adamlarıdı.Bunlar YAP-da az sonra dominantlıq edirdi,hər kəsi hədələyir,hikkələrini ortaya qoyur,bir çox halda buna nail olurdular.Bunlar iblisdi.İndi də "İÇƏRİDƏ" qalmaq üçün Ramizin göstərişi ilə onu söyürlər