Menu

“Bu qərar istehlakçılara zərbə olacaq” - Xaricdən gömrüksüz məhsul almaq limiti azaldılır

24.08.2020, 20:30
“Bu qərar istehlakçılara zərbə olacaq” - Xaricdən gömrüksüz məhsul almaq limiti azaldılır

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Nazirlər Kabinetinin bu qərarını tənqid edən "APA Holdinq"-in rəhbəri Vüsalə Mahirqızı bildirir ki, xaricdən gömrük ödənişi olmadan poçt və daşıyıcı şirkətlə fiziki şəxslərə gətirilən malların dəyərinin 300 dollara endirilməsi gözlənilən idi: "Çünki bizimkilərin sevimli müqayisə yeri olan MDB-də 1000 dollarlıq limit ancaq bizdə qalmışdı. Lap deyək ki, daxili bazarın qorunması üçün bunu başa düşdük. Halbuki xaricdən əsasən texniki avadanlıq və tekstil gətirilir ki, bu da ölkədə demək olar ki, istehsal olunmur.

Qərarın absurdluğu bir nəfərin 300 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsindədir. Yəni, mən 50 dollarlıq bir şey aldımsa, bu ay ərzində bütün 300 dollarlıq limitdən istifadə etmiş hesab olundum. İndi bu nə deməkdir? Necə qərardır? Bu qərar 2 cür izah oluna bilər:

1. Vətəndaş şəxsi istifadə üçün cəmi ayda 1 dəfə istədiyi məbləğdə, yalnız bir çeşiddə və ölçüdə mal gətirə bilər.

2. Vətəndaş ay ərzində 300 dollar məbləğində mal gətirə bilər. Yoxsa, ay ərzində 50 dollarlıq mal gətir və sənə desinlər ki, 300 dollar limitin bitdi".

V. Mahirqızı daha sonra bildirib ki, "e-bay", "Amazon" kimi qlobal şirkətlərin olduğu dünyada məhdudlaşdırıcı qərarlar qəbul etmək yaxşı hal deyil: "İndiki vəziyyətdə bu, daha uyğun qiymətə öz ehtiyacını təmin edən vətəndaşa sərf etmir. Heç olmasa, qərara yenidən baxmaq olar".

Tanınmış iqtisadçı Rövşən Ağayev "AzPolitika.info"-ya şərhində bildirib ki, bu, azgəlirli istehlakçı təbəqəsinin maraqlarına zərbə olan, itirdiyi neft gəlirlərinin müxtəlif vasitələrlə kompensasiya etməyə çalışan hökumətin büdcə maraqlarına xidmət edən qərarıdır: "Onsuz də son illər gömrük xidmətinin fiskal əhəmiyyəti xeyli dərəcədə artıb. Hazırda büdcənin hər 6 manatından 1 manatı gömrükdən gəlir. Bu qərar həmçinin müxtəlif məhsullar bazarında hökmran mövqeyi olan iri idxalataçı şirkətlərin maraqlarına uyğundur. İnsanların sifariş əsasında poçtla, yaxud xaricdən özlərilə gətirdikləri mallar qismən də olsa bazarda qiymətlərə, habelə idxalçı şirkətlərinin qiymətqoyma davranışına az da olsa təsir edə bilridi".

İqtisadçı qeyd edib ki, qərar orta və az gəlirli istehlakçı təbəqəsinin maraqlarına zərbədir. "İstənilən halda zəngin istehlakçıların qiymət problem yoxdu", - deyə R. Ağayev vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Veten dashi 2020-08-26 10:53:59

Nazirimiz Bakı şəhərinin restavrasiyasına bilavasitə başçılıq edib.Bu işlərdə israf olunan milyoları araşdırıb ortaya çıxarsaq büdcəmiz dolub daşar....Bu işlər xırda şeydi

.EJDER NAQILBAZ 2020-08-25 01:37:37

MONAPOLIYANIDESTEKLEYEN BU MƏMURLARDI

Amon 2020-08-24 21:52:56

Bu qerar gomruk adina sadece biyabirciliqdi.insanlari mecburi qaydada onlayn alis verisden uzaqlasdirib boyuk ticaret merkezlerine yoneltmekdi.bu olkedeki islahatlara birbasa zerbedi

Amon 2020-08-24 21:52:56

Bu qerar gomruk adina sadece biyabirciliqdi.insanlari mecburi qaydada onlayn alis verisden uzaqlasdirib boyuk ticaret merkezlerine yoneltmekdi.bu olkedeki islahatlara birbasa zerbedi

həsən 2020-08-24 21:40:37

bu qərar meşədən giləmeyvə yığanları gəzalandırmaq üçün vürilmiş qərarın eynisidir, yəni xalqa pəpə yoxdur

Kəndli 2020-08-24 21:21:36

Bu ədalətsiz qərardı. İllik limit versinlər. İlboyu istıdiyim kimi istifadə edim. Deyək ki, ildə 1 dəfı 400 dollarlıq telefon alıram və başqa heç nə almıram. Mın niyə vergi verməliyəm? Maaşımdan verGini alırlar da onsuz da. Bəyəm ildə 1 dəfə 301 dollarlıq nı isə alan birisi vergiyə cəlb edilməlidir amma ayda 300 dollardan ildə 12 dəfə nə isə alan və 3600 dollarlıq ölkəyə mal gətirən yox?! Ayıbdır vallah. Keçmiş baş nazirin moruqyığanlaramtətbiq etdiyi vergidən nə fərqi var bunun?

murad 2020-08-24 20:40:05

ölkədə istehsal olunmayan mehsullara gömrük rüsumun ləğv etsene ay boş nazir.. sovet hökümetinin vaxtında xalqı tutub güllələnmə yə göndərən sapı özümüzdən olan baltalardan ferqiniz yoxdur..niye analoqu olmayan haqsızlıqlar edirsiz..? vicdanınız yoxdu ya nədi bilinmir. icraçı, düşüncesiz qanun yazırsız. bəs qanun yazanın ən ucasının hüzurunda nece duracagsız.?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol