Menu

Rəsmi Minsk Litvaya nota verdi

24.08.2020, 17:44
Rəsmi Minsk Litvaya nota verdi

Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib.

“Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, - A.Qlaz vurğulayıb.

Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib.

Şərhlər

Əski olmuş qarabağlı 2020-08-25 06:05:56

Rəsmi Bakı haçan Qarabağ hərbçiləri rəsmi işğalçı Haystana rəsmi qəti tarixli not verəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol