Menu

Evində təziyə mərasimi keçirən molla həbs edildi

24.08.2020, 17:54
Evində təziyə mərasimi keçirən molla həbs edildi

Azərbaycanda molla karantin rejimini pozub.

"Report"un əldə etdiyi məlumata görə, din xadimi Hacı Tahir (Tahir İbişov) Saatlı rayonunda Məhərrəm ayı ilə əlaqədar olaraq evində təziyə mərasimi keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 25 sutkalıq həbs olunub.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 21-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Həmçinin Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmağın yolverilməz olduğu barədə açıqlama yayıb.

Şərhlər

Кипчак 2020-08-24 19:41:04

Allah serik tutmaq boyuk gunahdir, Allah Rehmet Elesin hezret Huseyin hezret Alinin basqa ovladlari olub ne ucun onlari ucun matem saxlamasiz?

Eli 2020-08-24 18:32:09

Bunlar ne cür insanlardır.Eger bınu o Allah yolunda edibse mene min lenet olsun.Bu öeclislerde müqeddes Qırandan ayeler sureler oxunmur,cefengiyyat be mövhumatdır başdan ayağa.Ay bedbext Hezreti Mehemmedin bir hedisi var,deyer ki en böyük ibadet ailenin ruzisini qazanıb onu dolandırmaqdır.Ne bilim vallah biz ne vaxt bir ziyalışıpa çıxacayıq.Bele getse yeqin ki heç vaxt

Eli 2020-08-24 18:10:59

Kül olsun senin din adamı başına.Hardasan ay Mirze Celil bunların detdini Sen yaxşı verirdin Ağıla bax da.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol