Rusiyanın istehsal etdiyi koronavirus dərmanı beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan bu dərmanı idxal edə bilər.
“Report” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
“Dərmanı almağa maraqlı olduğumuz üçün “Sputnik V” peyvənd dərmanının, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra bu sahədə əməkdaşlıq etmək barədə rusiyalı həmkarların təkliflərinə baxa bilərik”, - nazir deyib.
Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının üzv ölkəsi olaraq koronavirusun müalicəsilə bağlı həmin qurumun tövsiyələrinə və üsuluna əməl etdiyini vurğulayıb.


Şərhlər
DQ ərazisinbdə erməninin əlinə silah verib bizi qırdıran Rusiya,indi də bizi tərkibini uzun müddətli zəhərlə zənginləşdirdiyi dərmanlarla öldürəcək.Düşmən həmişə oyaqdır.Yuxulu isə düşmənin hiyləsinə aldanan bədbəxlər olur.
rusiyanın vaksini hələ sınaqdan çıxmayıb. ÜST-ı bunu deyir.
Rusiyanın verdiyi dərman verdiyi MİQ-lər kimi olacaq. Göydə partlayacaq. Millət qırılar. Ağıllı olmaq lazımdır.