Menu

Türkiyədə bir gündə 1 502 nəfər COVID-19-a yoluxdu

26.08.2020, 00:31
Türkiyədə bir gündə 1 502 nəfər COVID-19-a yoluxdu

Son gün ərzində Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 163 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 502 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 261 194-ə yüksəlib.

Nazir onu da vurğulayıb ki,ötən gün koronavirusdan 887 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 238 795 nəfər təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol