“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Las Palmas"dan uruqvaylı müdafiəçi Maurisio Lemosu transfer edib. 24 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, M.Lemos ötən mövsüm İspaniya 2-ci liqası təmsilçisində 26 matçda 1 qol vurub.


Şərhlər