Azərbaycan tam yeni bir mərhələyə qədəm qoyub. Ölkə faktiki olaraq, real dəyişikliklərin yarısını qət edib, keçmişin “ağır kötükləri” də sıradan çıxmaqdadır. Lakin onlar təslim olmaq istəmir, süqutlarını qəbul edə bilmirlər.
İllərlə ölkənin ictimai-siyasi həyatını intriqa, traybalist və merkantil maraqlarla idarə etmiş, ifadə və media azadlığını boğmuş, iqtisadi inkişafını tormozlamış, müstəqil daxili və xarici siyasətini hansısa kənar təsirlərə güdaza vermiş güclər hazırda son “akkord”larını vurmaqdadırlar.
Bütün bunların pandemiya dövründə baş verməsi xüsusilə maraqlıdır. Karantində məlum toy məclisi ilə dərinləşən proses əslində kimin hansı ambisiyalarla yaşadığını üzə çıxardı.
İndisə hakimiyyət sürpriz situasiya ilə üzləşib: onun içində ən yüksək vəzifəylə təmsil olunan sabiq məmurlar - həbs edilən keçmiş səfir Eldar Həsənovdan tutmuş AMEA prezidenti Ramiz Mehdiyevə qədər açıq müqavimətə keçiblər. Sirr deyil ki, onların ətrafında kifayət qədər dəstəkçiləri, çevrələri, revanş arzusu ilə yaşayan tərəfdarları var.
Həmin eks-məmurların böyük maliyyə resursları, müxtəlif orqanlarda təsir və təzyiq rıçaqları, müxalifətdə və xaricdə adamları var. Onlar islahatlarla, yenidənqurmayla, prezidentin apardığı siyasətlə barışmaq istəmirlər.
R.Mehdiyev qruplaşması yaxşı dərk edir ki, vəzifələrə qayıdış nonsensdir. Sadəcə, istəkləri bacardığı qədər pislik eləmək, konflikti dərinləşdirməkdir.
Onların bir özəlliyi də Rusiyaya bağlı olmalarıdır. Və təkcə akademik deyil, qanunsuz hərəkətlərinə görə vəzifəsini itirmiş, vaxtilə yüksək ranqlı nazirlər də köhnə qvardiyanın koalisiyasında yer ala bilər.
Söhbət sabiq MTN şefi Eldar Mahmudov, eks-rabitə naziri Əli Abbasov, keçmiş nazir Ziya Məmmədov və Mehdiyevə büt kimi pərəstiş edən abelməhərrəmovlardan gedir.
Çünki məlum toy məclisini həm də iqtidardan uzaqlaşdırılanların, küskünlərin toplantısı adlandırmaq olardı. Amma nahaq revanş planları qurur, süqut etmiş qruplaşma və digər sabiqlər Mehdiyevə yaxınlaşmaq, islahatçı komanda əleyhinə koalisiya qurmaq haqda düşünür. Bu, “ölü doğulmuş” layihədir. Bəs, hakimiyyət bu əngəl olmaq cəhdlərinin qarşısını necə ala bilər?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ölkədə ciddi islahatlar prosesi gedir və nəsil, təfəkkür dəyişkənliyi müşahidə olunur.

Deputatın sözlərinə görə, bu istiqamətdə bir sıra bölgələrdə kadr islahatları da aparılır, yeni nəsil idarəetməyə cəlb olunur: “Bu da təbiidir. Müasir ölkə kimi inkişaf etmək istəyiriksə, sovet təfəkkürü ilə vidalaşmalıyıq. Azərbaycanda peşəkar və yeni nəsil idarəetməyə gəlməlidir. Heç vaxt islahatlar asan olmur. Amma əminəm ki, xalqımızın böyük potensialı, dərin mədəniyyəti var və ölkəmiz inkişaf üçün bu imkanlardan istifadə edəcək. Biz müasir dövlət kimi nümunə olmalıyıq".
A.Mollazadə qeyd etdi ki, sabiq məmurların açıq şəkildə müqavimət göstərməsi və hansısa təzyiq imkanlarını işə salması effekt verməyəcək, çünki bu cür proseslərdə söz xalqındır.
“Xalqın öz imkanı var ki, belə hadisələrə, proseslərə təsir etsin. Bu gün xalq öz gələcəyini müstəqil, demokratik Azərbaycanda görür, keçmiş təfəkkürdə yox...” - deyə partiya sədri vurğuladı.
Deputatın fikrincə, keçmiş məmurların revanş üçün ölkəni qarışdırmaq cəhdi istisna deyil, amma həlledici söz xalqın iradəsi olacaq:“Xalq sovet ittifaqına ”əlvida" deməyi bacarıb. Müəyyən qüvvələr hansısa ölkələrdə SSRİ-ni bərpa etmək istəyirsə, Azərbaycanda buna imkan verilməyəcək.
Çünki Qarabağın işğalı, 20 Yanvar matəmi və Xocalı soyqırımı sovet rejimi ilə bağlıdır. Azərbaycanda yenidən sovetin qayıtması mümkün olmayacaq".

YAP-ın qurucularından biri olan professor Əli Əlirzayev azpolitika.info-ya geniş müsahibəsində deyib ki, vəzifəsini itirənlər narazıdırlar:“Vəzifə elə bir şeydir ki, vəzifədən çıxarılandan sonra onun dadı adamın damağında qalır. Amma ağıllı adamlar müəyyən yaşdan sonra vəzifədən çıxarıldıqda oturub işləməli, kitab yazmalı, xalqa töhfə verməlidirlər. Məni 60 yaşında hər yerdən sildilər.
Nə deputat seçilə bildim, nə vəzifə verdilər. Gedib müəllimliyimi etdim, kitablar yazdım, indi də yazıram. Söhbət ondan gedir ki, bu adamlar nə etmək istəyirlər, təzədən nəyisə qaytarmaqmı istəyirlər?
Bunlar həmin adamlardır ki, indiki hakimiyyəti tərif edirdilər, badələr qaldırırdılar. İndi onları vəzifədən çıxarıblar deyə, narazı qalmalıdırlar? Bu, anlaşılmazdır".

Şərhlər
Rabitə Nazirliyi , sabiq Rabitə Naziri cənab Əli Abbasovun rəhmətə gedənlərinə öz xidmətləri ilə dua oxutdurur...?
Az.Sov dövründə hər vəzifəyə savadı-qabiliyyəti uyğun gələn azı 2-3 ehtiyat namizə
Yeni komanda var? Kimlərdir? ........Bunların hansı yenidir ki?
Xalqı özünə güldsrmə,Əli Abbasov mütəxəsislərlə işləyirdi, yazdığından belə çıxırki Akademik Əli Abbasov rabitəni dağıtdı,.... romaçik rabitəni düzəltdi,özüdə məhşur əmlak alverçisi Əli Abdullayevin əliylə necə ddyərlər o,nazirliyin şefidə basyaqıda Əli Abdullayevdir romiçka ancaq kabndtində maşın iqrası birdə...
Xahiş edirəm anlayışı olmayan sahədən heçnə yazma,rabitəçilər sənin şərhinə sadaca gülür,qa
Xahiş edirəm anlayışı olmayan sahədən heçnə yazma,rabitəçilər sənin şərhinə sadaca gülür,qa
Unutmaq olmaz ki, ölkədə İnternet xidmətini bahalaşdıran və bərbad günə qoyan o oldu. Unutmayaq ki, Ə.Abbasovun nazir dövründə telefon rabitə xətlərinin keyfiyyətli kateqoriyalı pulunu mənimsəyib ən aşağı kateqoriyalı xətlər çəkdilər.O ki qaldı Mollazadəyə o, ümumiyyətlə xalq qarşısında bir daha danışmasın. 20 ildir saxta yolla "deputat seçilir". Beləsi hələ utaamır yeni təfəkkürdə danışır. Yeni təfəkkür olsaydı parlamentdə saxta deputatlar oturmazdı.
Haminiza Stalin lazimdi !!!! Qemiye yiqmaq lazim sizi ,,,,,,, Qôr xalqa kim aqil ôyredir (...
....YE, DAQIT,BOLUW,YALTAQLAN,AL BUDA SENE,,WEREF,,ORDENI
Deputatlar aydin mirzezadeyle fazil mustafa deyirki gomruk komitesinin son 300$ limit qerari sahibkarlarin xeyrinedi.gormusuk yalan danisar 15 ya 20 yasina qeder usaqlar bu yasda bunlari ne vadar eliyir goresen.yada ozlerini hamidan agilli sayirlar
Şərh yazanlara bildirmək istəyirəm ki, şəxsi intiriqaları kənara qoyaraq dövlətin mənafeyini şəxsi maraqlardan üstün tutaraq şərhləri o istiqamətdə yazmaq lazımdır. Deyirlərki qardaşın necə adamdır, yol- yoldaşı olmamışam cavabını verirlər. Cənab Əli Abbasov Rabitə Naziri olanda . həqiqəti görmüşəm , o öz xidmətləri ilə dövlətinə və xalqına sədaqətlə xidmət edib. Qaldı bir adam hamı üçün yaxşı ola bilməz. Əli müəllim yalnız dövlətimizin inkişafını sevən quruplaşmada iştirak edə bilər.. əli müəllimin dövründə Rabitə Nazirliyində vətəndaşların şikayətlərinə vaxtında və obyektif baxılaraq qanuni qaydada həll olunurdu. İndi Rabitə Nazirliyində şikayətə baxan yoxdur, insan faktoruna qiymət qoyulmur. Mollazadə deyən olmasın bu da islahat.......
Prezidente, Vitse prezidente aldanmish camaatin muraciyyetleri catdirilmir. Quba camaati adindan muraciyyet.Quba Camaati Prezidente ses verib ama camaatin problemleri bu qune kimi hell olunlayib. Salam hormetli vitse Prezidentin komekcileri. Korrupsiyanin yeni bir forması baresindei ve Quba rayon, camaatinin derin naraziciligi haqqinda Mehriban xanima mutleq melumat catdirin. Meselene vaxtinda hell olunmasa miqyasli problemler yarana biler. 2006 -2019 illerde EMDK (Dashinmaz emlakin dovlet reyestr xidmeti) terefinden Quba camaatindan alinmish rushvetin hecmi milyonlarla hesablamag olar. Sebeb: 2006 ilde lehv olunmush Dovlet Torpag Komitesi (DTK) Quba camaatina verilmish Dovlet Torpag Aktlarinin yarsini melumat bazasina daxil etmir. 2000-2006 illere aid olan alqi-satgi muqavilelerin arxivinin yarsi Quba notariusu terefinden mehv olunur. Belelikle sunni yaranmish veziyyet novbeti illerde rushvetin alinmasina yeni sherayet yaratdi. DTK yerine qelen EMDK yuxarida qeyd olunanlari resmi sebeb kimi qetirerek torpag mulkiyyetcilere kupca verilmesinde imtina edir. Eyni zamanda EMDK nin emisarlari mulkiyyetcilere meseleni 1500 - 4500 azn odemekle hell etmeye teklif edirler. Rushvet verenlere EMDK kupca verir. Rushvet vermiyenlere ise EMDK mehkemeye muraciyyet etmeye teklif edir. Eyni veziyete dushen yuksek vezifeli shexlere ise EMDK yuxaridan gelen tapshiriglar esasinda kupca verir. ...
KLANLAR ÖLKƏNİ SÖKÜB DAĞIDIB, MİLLƏTİ TALAYIBLAR İNDİ DƏ QUDURUB DÜŞÜBLƏR BİR-BİRİNİN CANINA.
Mən sıravi vətəndaşam və əminəm ki, Əli A. kimi ayda 300 min vergisiz maaş alsaydım ölkəmiz üçün keçən Baş Nazirlərdən faydalı çakışardım. Bir işçiniin müraciətini həll edə bilməyən naziri də işdə saxlamaq da doğru görünmür.
Ve tanıyanların hamısı deyir ki o meye mail olubsa öz gücüne nail olub .Ancaq xarakterce çox yumşaq adamdır
Bu quldur məmurlar hamısı milləti necə lazımdır atıblar,hamısı milyoner milyorderləır olublar. İndi də oyun çıxarırlar,yalandan dava edir, görüntü yaradıb aradan çıxmaq milyardların izini itirmək istəyirlər. Ancaq ölməsələr nə vaxtsa hamısı etdikləri dəhşətli cinayətə görə cavab verəcəklər,..... Yəni bir son olacaq. Belə getməz. Başqalarının da ALLAHI var.
Mollazadə islahatlardan danışır, hansı islahatlardan söhbət gedir ? Mənim həyat yoldaşım sabiq Rabitə Naziri cənab Əli Abbasovun dövründə, kasıb balası olan, arxasız bir adam onun əmri ilə təmənnasız, qanun əsasında İdarə rəhbəri təyin olunmuşdur.Bu səbəbli həay yoldaşım gecə-gündüz yatmayaraq öz xidmətləriylə dövlətimizə, xalqımıza sədaqətlə xidmət edərək rəhbərliyin etimadını layiqincə doğrultmuş, rəhbərlik etdiyi Poçt Filialı Respublikamızda əmək və icra intizamına görə ən qabaqcıl poçt filiallarından biri olmuşdur. İşlədiyi müddət ərzində iki dəfə İH tərəfindən "İlin Qalibi" nominasiyasına, Fəxr fərmanına, naziryin fəxri fərmanına layiq görülmüşdür.. . Belə bir kadrı "sifariş" əsasında başqa vəzifəyə keçirmək adı ilə işdən azad edilərək bu günə kimi işsiz qoymuşlar. Həyat yoldaşım qanunsuz işdən azad olunması ilə əlaqədar sabiq Rabitə Naziri cənab Əli Abbasovun qəbulunda olmuş, işdən qanunsuz işdən azad olunmasını yerindəcə araşdırmış, aidiyyatı rəhbərlərə iradını bildirmiş, aldığı əmək haqqından da yüksək əmək haqqı ilə işlə təmin etmiş və öz işinə qaytaracağına söz də vermişdir.. Cənab Əli Abbasov işdən azad olunan kimi, indiki nazirlik həyat yoldaşımı qeyri-qanuni iş günündə, yəni 01.01.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verərək "sifarişçiyə" öz sədaqətliklərini göstərdilər və şikayətimizə bu günə kimi də baxmırlar, qanunsuz cavab verməkdən də kəçinmirlər, aidiyyatı qurumlarda onların özbaşnalıqlarına göz yumurlar... Bir rəhbər ki, daşıdığı vəzifədə vətəndaşların şikayətinə obyektif baxırsa, sosial narazılıqların yaranmasına yol vermirsə, vətəndaşın dövlətə olan inamına təkan verirsə, deməli rəhbər öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq uğrunda işini qurub. Əli müəllim belə rəhbərlərdəndir. o dövlətimizə , xalqımıza və cənab Prezidentimizə sadiq bir Alimdir. O heç bir quruplaşmaya qoşulmaz, yalnılz cənab Prezidentimizin daxili və xarici siyasətini dəstəkləyən ziyalımızdır. Cənab Əli Abbasovun dövründə vətəndaşların şikayətinə vaxtında və obyektif baxılıb qanuni tədbir görülürdü. Dediyimiz islahat aparıldıqdan sonra Rabitə Nazirliyində qanuni şikayətimizə baxan yoxdur cənab Deputat A. Mollazadə? Hər bir məmur daşıdığı vəzifədə vətəndaşın şikayətinə baxmırsa, deməli öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmur. Cənab Prezident gecə-gündüz yatmayaraq Azərbaycanımızın inkişafı,xalqımızın rifahı üçün çalışır. Əfsuslar olsun ki, indi təyin olunan Rabitə Naziri və onun müavinləri vətəndaşın haqlı şikayətinə baxmayırlar, sosial narazılıqların yaranmasına şərait yaradırlar...Cənab Əli Abbasov isə vətəndaşı dinləyib, ona qanuni qaydada öz köməyini əsircəməyib. əli müəllim təmiz vicdanlı ziyalımız olduğu üçün hər daim cənab Prezidentimizin siyasətini dəstəkləyir və ətrafında sıx birləşibdir... Dövlətimizi və Rəhbərini qəlbən sevən insanları Ulu Tanrı özü qoruyur.
Surxay müellim çox füz deyir .Eli müellimin bir sinif yoldaşı var )0 ildir dostdurlar O deyir ki Elinin valideynleri müellim olub ve Eli müelllim çöreyi yeyib
,,MUXALIFET,,ASIM GET RUWVETXOR EMIOQLUVA MOLLALIQ ELE
Maraqlidi , milletin sôznû nedi ? Bunnar millet deyende ne anlsyish olur bu a,amanlarda?
"SABİQLƏR YENİ KOMANDAYA QARŞI..." Kimdi yeni komanda?
bunları uşaqlarını nəvələrini yıpğıb ön cəbhəyə göndərmək lazımdır. Millətə atdıqlarını da almaq lazımdır
Azpolitika bixi güldürme bunların sifetlerinde syrı şey yazılıb bunlar vezifenin pulun beli baş üstenin qullarıdır.Siz deyen meseleleri hell etmem üçün ayrı keyfiyyetler lazımdır .
Bu gün islahat sözü yaman dəbdədir,kimi dindirirsən deyir islahat aparıram,səs salma-xamuş.Bəs bu islahat sözü axı nə deməkdir ki,belə dillər əzbəri olub.Açması isə çox sadədir yəni islah etmək,təbii ki,islah edəndə pisi islah edib,yaxşını ortaya qoymaqdır,daha qaş düzəldən yerdə göz çıxartmaq deyil.Elə bu yerdə fikirlərimizi bir qədər konkretləşdirək.Elə bu yazıda müəllifin şövqlə ittiham etdiyi sabiq nazir, akademik Əli Abbasovu götürək.Akademik-nazir rabitənin nə olduğunu heç təsəvvürünə belə gətirməyən Ramin Quluzadəylə əvəzləndi.Nə dəyişdi,nə yaxşılaşdı və ya yaxşılaşdımı? Heç nə.Əksinə həmişə adı öndə çəkilən nazirlik bütün sahələr üzrə uçurumun dibinə yuvarlandı.Əgər dəbdə olan islahat budursa,bu yerdə söz tapmaqda çətinlik çəkirəm.Vaxtilə Ramin Quluzadə yeni təyinat alanda onu göylərə qaldıranlar belə,bu gün sadəcə başlarını yelləyib,dizlərinə döymələ kifayətlənib,susmağa üstünlük verirlər.Demək ki,məqsəd heç də həmin sahəni islah etmək olmayıb...O ki,qaldı Əli Abbasovun kimi adamı olmasına,vallah 1999-cu ildə Azadlıq radiosunda bir uşaqlıq dostu kimi onun iradəsinin əksinə olaraq işə başlamama görə,aradan 21 il ötsə də bu adam yenə mənimlə danışanda ağzını sürüyür.2018-ci ilin ortalarında ocaq tv1 internet televiziyasını təsis edəndə mənə telefon edərkən düşündüm ki,Əli Abbasov mənə fərqli bir tövsiyə verəcək.Ancaq zənnim məni aldatdı.Xarakterinə uyğun olmayan bir amiranəlklə Surxay, bu dəfə də məni dinləməsən mənimlə bütün əlaqələrini kəs.Barı bu dəfə səhv eləmə ancaq və ancaq prezident İlham Əliyevi müdafiə et.Doğrusu mənsə ondan umu-küsü gözləyirdim.Bu təmasdan sonra ona rəğbətim daha da artdı.Və mənə xaricdən maliyyə söz verən müxalif bir təklifə cavab belə verməyib,türklər demişkən iptal etdim.İndi qoy kim nə qədər qərəzli yazı qələmə alır alsın.Ancaq bilsin ki,haqq inçələr ancaq üzülməz
Ay Allah bu milletin qabaqds gedenleri ne gündedir .Bunları xalq dovlet qetiyyen maraqlandırmır .Bu gün vezifede olana baş üste beli deyir sabah vezife olmayanda 180 derece dönür.Biz millet bunlarla hara gedirik .Teze gelenler de bunlardan beterdir.Allah Sen özün bu millete yazığın geldin elini ondan üzme.
Ay Allah bu milletin qabaqds gedenleri ne gündedir .Bunları xalq dovlet qetiyyen maraqlandırmır .Bu gün vezifede olana baş üste beli deyir sabah vezife olmayanda 180 derece dönür.Biz millet bunlarla hara gedirik .Teze gelenler de bunlardan beterdir.Allah Sen özün bu millete yazığın geldin elini ondan üzme.
Hakimiyyət üçün ölkəni işğala, özləri üçün iflasa salan eyni(dəyişməz) bezin qırıqları savaşarmı!?
Xalqimiz Mehriban xanimin ve prezidentin etrafinda six birlewmelidir, cunki cemiyyetimizi bu veziyyete salan regionculugun esasini qoyan ramiz mehdiyevin ohdesinden ancaq onlar gele bilerler
Bunlar hər biri bu xalqın nifrətini qazamış adamcıqlardı.Allahın qəzəbi bunları param-parca etsin.Övladlarına qiymasın.Onların günahı yox ki ,bu xalqın malını oğurlayan .......övladlarıdılar.
Mollazadə ,mollalıq eləmə ,nə islahat ,biri gedir ,ondan betərisi gəlir,yenə dostluq,kürəkənlik ,qudalıq ,sistem dəyişməlidir,hər vəzifə seçkili olmalıdır ,Molla