Menu

Lukaşenkonun NATO bəhanəsi - Baş katib cavab verdi

27.08.2020, 14:41
Lukaşenkonun NATO bəhanəsi - Baş katib cavab verdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr verib. Belarus prezidenti bu qərarı NATO-nun ölkə sərhədləri yaxınlığında aktivləşməsilə əlaqələndirib: “Biz NATO qoşunlarının sərhədlərimizin yaxınlığındakı Polşa və Litva ərazilərində ciddi “tərpənişini” görürük.”

“AzPolitika.info” xəbər verir ki, Qərb mətbuatında NATO-nun Baş katibi Yens Stoltenberqin Lukaşenkonun söylədiklərinə cavabı dərc olunub. Stoltenberq Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirdiyi mətbuat konfransında Lukaşenkonun iddialarının əsassız olduğunu bildirib: “NATO regionda hərbi varlığını artırımır. Ona görə də dinc etirazların yatırılması üçün gətirilən bu bəhanələri əsassız sayırıq”.

Bununla yanaşı, baş katib dünya birliyinin Belarusda baş verənləri diqqətlə izlədiyini də sözlərinə əlavə edib: “Öz gələcəyini təyin etmək Belarus xalqının özündən asılıdır. NATO-nun müttəfiqləri Belarusun suverenliyini və müstəqilliyini dəstəkləyir. Minskdəki rejim fundamental hüquqlara, o cümlədən söz azadlığı və dinc etiraz haqqına hörmətlə yanaşmalıdır.”

Tahir

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol