Menu

“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur” - Putin

27.08.2020, 14:56
“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur” - Putin

“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, - o vurğulayıb.

Ölkə başçısının sözlərinə görə, Belarusda durum hazırda tarazılaşır.

V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.

O həmçinin Belarusdakı güc strukturlarının fəaliyyətini qiymətləndirib: “Belarusun hüquq-mühafizə orqanları özlərini yetərincə təmkinli aparırlar”.

Şərhlər

t.ədalət 2020-08-27 21:16:26

Belarusda kifayət qədər rus təxribatçıları və mülki geyimli hərbiçilər var.Sadəcə,beynəlxalq sanksiyaların qorxusundan aldadıcı bəyanatlar verilir.

vovaya 2020-08-27 17:24:42

vova heç bir bəhanə tapa bilmirsənki Belorusa rus ordusunu salasan, o bəhanəni sənə verməyəcəklər arxayın ol.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol