Menu

Üçüncü mərtəbədən yıxılan körpə kişinin qucağına düşüb - Video

28.08.2020, 11:25
Üçüncü mərtəbədən yıxılan körpə kişinin qucağına düşüb - Video

Türkiyədə üçüncü mərtəbədən yıxılan körpə iş yerinin önündə oturan sahibkarın üzərinə düşərək sağ qalıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, hadisə ölkənin Qaziantep şəhərində qeydə alınıb.

Məlumata görə, Qaziantep şəhərinin Şəhidkamil rayonunda əmlak biznesilə məşğul olan İsmail Elmas yoldaşları ilə birgə iş yerinin önündə oturarkən üzərinə üçüncü mərtəbədən körpə düşüb.

Nəticədə İsmail Elmas və suriyalı olduğu bildirilən 2 yaşlı körpə yerə yıxılıblar.

Qeyd olunub ki, uşaq və sahibkarın səhhətləri yaxşıdır.

Şərhlər

Agasef 2020-08-28 14:56:02

Sukur Allaha

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol