Menu

Ərdoğanla Stoltenberq Şərqi Aralıq dənizini müzakirə etdilər

28.08.2020, 23:23
Ərdoğanla Stoltenberq Şərqi Aralıq dənizini müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı olub.

"Report" "Anadolu"ya istinadla xəbər verir ki, tərəflər arasında Şərqi Aralıq dənizilə bağlı son hadisələr müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində öz hüquq və mənafelərini müdafiə etməyə davam edəcək.

Türkiyə prezidentinin sözlərinə görə, NATO da regionda baş verəcək problemlərə qarşısını almaq üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol