Menu

Fransada qarətçilər inkassatorları soydu

28.08.2020, 23:48
Fransada qarətçilər inkassatorları soydu

Fransanın Lion şəhərində naməlum şəxslər inkassator maşınından milyonlarla avro oğurlayıb.

Hücum maşının Fransa bankının binasından çıxmasından sonra baş verib.

İki mikroavtobusla inkassator maşınının qarşısını kəsən şəxslər pulları götürəndən sonra maşını yandırıb. İnkassatorlar hadisə zamanı xəsarət almayıb.

Hadisə yerindən uzaqlaşan qarətçilərin avtomobili Lionun cənubunda yanmış vəziyyətdə tapılıb.

Oğurlanan pulun dəqiq məbləği açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol