Menu

Bakı sakini Füzulidə ağır qəza törətdi

29.08.2020, 00:47
Bakı sakini Füzulidə ağır qəza törətdi

Füzulidə iki navtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report" xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Qəza nəticəsində Bakı sakini 1983-cü il təvəllüdlü Quliyev Cəlil Miri oğlu xəsarət alıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və boyunun küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol