Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şirvanda yoluxmanın çox olması səbəbindən bütün şəhərin deyil, lokal bağlanmanın Bakıda da tətbiq edilib-edilməyəcəyi məsələsini şərh edib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, lokal bağlanma modeli dəqiq araşdırılır: “Şirvanda da bütün şəhərin deyil, yalnız xəstəxanaların lokallaşdırılması daha effektivdir. Amma burada paralel bir proses də var. Bakı şəhərində sıxlıq çox böyükdür və vətəndaşların hərəkət dinamikası, intervalı da çox yüksək şəraitdədir.
Ona görə də bunun hansı dərəcədə tənzimlənməsi və yaxud da belə bir qərar qəbul ediləcəksə, onun idarə edilməsinin tam effektivliyi ilə bağlı müəyyən suallar var, ona görə dəqiqləşmələr tələb edir. Ümumiyyətlə, gələcəyə baxış ondan ibarətdir ki, əgər müəyyən dövrdə artım halı baş verərsə, bütün ölkə üzrə qapanmadansa, konkret məntəqələr üzrə qapanma bəlkə də daha effektiv ola bilər. Amma yenə də gələcəyi proqnozlaşdırmaq çətindir. Mexanizm olaraq bu, öyrənilir və araşdırılır”.


Şərhlər
Hikmət müəllim koronavirus bəhanədi əsas dərdiniz nədir onu deyin.vallah ayıbdır.camaat çörəyi qulağına yemir
Onlarla xarici iddialar yox, virusa qarşı yalnız bir texniki şərt var-maska və ara məsafə! Vəssalam. Qapadığımız, üç dəfə azsaylı Haystanda virusdan ölüm sayı Azərbaycandan çoxdur! Bu da statistik nəticə!
Karantin rejimi,müharibə olarsa adamların vətənpərtvərlik hissini də buxovlayır.Bu da erməniyə xeyirdir.
ölkədə ayrıseçkilik edilməsinin mənası anlaşılan deyil.Necə olur Azərbaycan vətəndaşının Naxçıvana getməsinə icazə olur.amma Şamaxılı 5-6 aydır Şamaxıya getməsinə icazə verilmir?Burada məntiq anlaşılmır.Məgər ölkədə qara və ağ dərilər fərqi var?Olmazsa heç bir vətəndaşa olmaz.Olarsa niyə digərlərinə olmur?
Bakı şəhərində sıxlığı azaltmaq düşünürüksə,rayonlara yolları açmaq vacibdir.Çünki Bakıda pensiyaçıların əksəriyyəti rayonlara gedər,baxça və məktəblər işləmədiyindən onların da böyük əksəriyyətinin rayonlara getmək imkanı yaranar və beləliklə Bakıda xeyli seyrəlmə baş verər,tıxaclar xeyli azalar.Bunu çoxdan etmək vacib idi.Ancaq heç bir əsas olmadan insanları boğub qəfəsdə saxlamaq onların əlavə digər xəstəliklərə yoluxmasına səbəb olur. ı