Menu

Azərbaycan Rusiyadan vaksin almağa hazırlaşır? – “Bu dərmanı əhaliyə boş yerə sırıdılar...”

29.08.2020, 20:15
Azərbaycan Rusiyadan vaksin almağa hazırlaşır? – “Bu dərmanı əhaliyə boş yerə sırıdılar...”

Bu günlərdə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bu ölkənin prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə açıqlama vermişdi ki, 20-dən çox ölkə adı çəkilən vaksini almaq üçün Rusiyaya müraciət edib və bu sırada Azərbaycanın da adı çəkilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə “Turan” agentliyinə bildirib ki, Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 25-də Rusiyann TASS agentliyinə müsahibəsində həmin məsələni cavablandırıb.

Adıçəkilən müsahibədə nazir C.Bayramov bildirmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də telefon söhbətində Vladimir Putini Rusiyada koronavirus əleyhinə dünyada ilk vaksinin hazırlanması ilə bağlı təbrik edib. C.Bayramov həm də vurğulayıb ki, Azərbaycan Dünya Səhiyyə Təşkilatına (DST) üzv dövlət kimi yeni tip virusun yox olmasında və vətəndaşların sağlamlığının qorunmasında bu qurumun tövsiyələrinin, metodlarının tətbiq olunmasının tərəfdarıdır.

“Gələcəkdə bu vaksini əldə etməyə maraqlı ölkə kimi ilk növbədə ÜST tərəfindən tanınması üzrə zəruri prosedurlar başa çatan kimi rusiyalı həmkarlarla bu sahədə əməkdaşlıq təklifinə baxa bilərik. Şübhəsiz ki, ÜST tərəfindən tanınmış effektli bir vaksinin hazırlanması pandemiya ilə mübarizədə güclü vasitə ola bilər”, - C.Bayramov bildirib.

Tibb sahəsi üzrə professor Adil Qeybulla isə "Azadlıq" radiosuna deyib ki, Azərbaycan Rusiyadan koronavirus infeksiyasına təsir edən arbidol preparatı alıb. Amma onun qeyd etməsinə görə, bu preperatın təsirini bilən olmadı: “Bu dərmanı əhaliyə boş yerə sırıdılar. İndi də vaksindən söhbət gedir. Məsələ burasındadır ki, vaksin ÜST tərəfindən qəbul edilməlidir, ən əsası bunun effektlilik və təhlükəsizlik kimi iki parametri xüsusi nəzərə alınmalıdır. Düzü bu vaksin məsələsinə bir illüziya kimi baxıram və hesab edirəm ki, Rusiyadan qətiyyən vaksin almalı deyilik. ÜST bunu tövsiyə edərsə, o zaman müzakirə mövzusu ola bilər”.

Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov da “Turan” agentliyinə açıqlamasında mövzu ilə bağlı vurğulayıb ki, belə bir vaksini Rusiyadan almağa ehtiyac yoxdur. V.Əhmədov xatırladıb ki, hələlik, ÜST hər hansı bir vaksini koronavirus infeksiyasına qarşı vasitə kimi qəbul etməyib. Deputat deyib ki, bu vaksinin əldə edilməsi üzərində bəzi dövlətlərin də çalışdıqları deyilir, amma vaksinin, hələ tam hazır olmasının təsdiqi yoxdur: “Dedilər Rusiya bu vaksini hazırlayıb. Haradasa da təcrübədən çıxardığını da söylədilər. Amma belə hesab edirəm ki, ümumiyyətlə Rusiyadan hər hansı vaksin almağımıza ehtiyac yoxdur”.

“Payızda qrip kimi virusların aktivləşməsi də diqqət mərkəzində saxlanılır. Bu barədə digər ölkələrlə və ÜST-lə məsləhətləşmələr davam etdirilir”. Bu fikri isə bu gün, avqustun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlanılır: “Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi də gündəmdə saxlanılacaq”.

Onun deməsinə görə, dünya səviyyəsində qəbul edilmiş, sertifikasiya edilmiş və kənar təsirləri olmayan peyvəndlər vacib şərtdir.

“AzPolitika”

Şərhlər

ssk 2020-08-30 20:17:54

Nə Rusiyadan,nə də başqa yerdən vaksin almağa ehtiyac yoxdur,ona görə ki,koronavirusa qarşı effektiv və təhlükəsiz vaksin hazırlamaq mümkün deyil,ikincisi də bəşəriyyət bu virusa artıq yoluxub,qurtarıb

Ахмедова Лейла, профессор 2020-08-30 09:47:53

как врач считаю, что вакцину еще рано вводить, так могут быть отдаленные последствия, которые сама РФ еще не изучила

Cəmşid Dərələyəzli 2020-08-29 23:53:50

UST -ün yoxlamasından keçməyən heç bir vaksin alınıb əhaliyə vurula bilməz. olaki də indiki halda Rusiyadan.

.EJDER NAQILBAZ 2020-08-29 23:41:23

AYE DUXUVUZ VAR ALMAYIN,KQBEWNIK PUTIN HIRSLANER HAAA

t.ədalət 2020-08-29 22:10:53

Rusiyada hazırlanmış vaksini almaqla əhali güdaca verilə bilər.erməni tərəfdə açıq-aydın dayanıb bizi qıran ölkədən vaksin almaq nadanlıq olar.

BAKILI 2020-08-29 22:06:44

Putine inanmaq olmaz onun nefesi yalanla gedib gelir

Vətəndaş 2020-08-29 21:45:01

putinin sözçüsü peskov özünə vaksin vurulmasından imtina edib - səbəb????

Elçin 2020-08-29 21:00:49

Rusiyada silah alıb çox irəli düşmük. İndi də vaksin alaq bütün millət qırılsın

Səid 2020-08-29 20:53:19

Adil Qeybulla bəy, "boş yerə sırıdılar" dediyiniz Arbidol preparatı Almaniyanın Florence Nightingale)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol