Menu

Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi - VİDEO (Yenilənib)

29.08.2020, 23:27
Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi - VİDEO (Yenilənib)

“Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb”.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan “Report”un Cənub Mərkəzinə verilən məlumata görə həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib.

“Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq” deyə məlumatda qeyd olunub.

Şərhlər

t.ədalət 2020-08-30 11:32:51

Biz İmam Hüseyn təziyələrində böyüdük.O,bizə Vətəni və Allahı sevdirdi.Biz,düşmənimizi (yezuitlər indi də ermənilərlə birləşib üstümüzə gəlirlər) uşaq yaşlarımızdan tanıdıq.Peyğəmbərin(s.a.s.)gözəl nəvəsini qətl edənlər indi də mövcuddurlar.Aşuranı qapayanlar yəhudilərə xidmət edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol