Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks "Rayzinq" klubunun heyətində ABŞ Milli Liqasında (USL) 7-ci qolunu vurub.
"Report"un məlumatına görə, 29 yaşlı hücumçu bu dəfə "Reno" ilə səfər matçında fərqlənib. Meydana 64-cü dəqiqədə daxil olan Dadaşov bundan 13 dəqiqə sonra komandasının yeganə qolunu vurub. Görüş isə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Məğlubiyyətə rəğmən, "Finiks Rayzinq" 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. "Reno" isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb.
Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb.


Şərhlər
Düz eləyiblər və ya SİYAQUŞUN sözü YAXŞI eləyib Milliyə çagırmayıblar.Çünki Milli yıgmaya qol vuran oyunçu lazım deyil, 90 dəqiqə gic kimi ora bura qaçan oyunçu lazımdır....