Menu

Hindistan Qafqazda Rusiya təlimlərində iştirakdan imtina edib - Moskvanın məkrli planları iflasa uğrayır

31.08.2020, 00:05
Hindistan Qafqazda Rusiya təlimlərində iştirakdan imtina edib - Moskvanın məkrli planları iflasa uğrayır

Hindistanın Müdafiə Nazirliyi (MN) Rusiyanın «Qafqaz-2020» hərbi təlimlərində iştirakdan imtina edib. Səbəb - mürəkkəb epidemioloji situasiyadır.

MN bu barədə məlumatı özünün «Tvitter»dəki informasiya kanalı ilə yayıb: «Pandemiya və ondan doğan çətinliklər səbəbilə, təlimlərdə və o cümlədən, material-texniki təminat məsələlərində iştirak üçün Hindistan bu il «Qafqaz-2020»-ə kontingent göndərməmək qərarına gəlib».

Bu zaman Hindistan MN-də qeyd ediblər ki, Rusiya və Hindistan yaxın və strateji həmkardırlar.

Təlimlərdə Hindistanın 200 hərbçisinin iştirakı planlaşdırılmışdı.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol