Millət vəkili, BAXCP-nin sədri Qüdrət Həsənquliyevin "Publika.az"-a müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, Şərqi Aralıq dənizində baş verənlər Türkiyəni NATO üzrə öz müttəfiqləri ilə böyük müharibəyə sürükləmir ki?
- Türkiyə bu qarşıdurmada tam haqlı olduğu üçün müharibə təhdidlərindən qorxmayaraq, ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Ərdoğan cəsur və müdrik dövlət adamıdır. Bilir ki, geri çəkilsə, Türkiyənin həyati mənafelərinin olduğu digər regional məsələlərdə də daha alçaldıcı tələblər irəli sürəcəklər.
Gözəl el məsəlimiz var: "Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi". Bəzən dövlət maraqlarının ortada olduğu zamanda beynəlxalq məsələlərdə dəliqanlı olmaq lazımdır. Çox vaxt qorxaqlıqla ehtiyatlılığın sərhədlərini müəyyənləşdirmək olmur. Müharibə olacaqsa, deməli olacaq. Türkiyənin güclü hərbi-sənaye kompleksi var. İnanıram ki, Pakistandan nüvə silahı da əldə edib. Əgər etməyibsə, bunu tezliklə gerçəkləşdirmək lazımdır. Hazırda bütün nüvə dövlətləri öz arsenalını genişləndirir. İslamabadın borcudur ki, kömək etsin, dünyada içi biz qarışıq alçaldılmış müsəlman dövlətlərindən qeyrəti olan daha biri nüvə dövlətinə çevrilsin. Ermənistana silah daşınmasına icazə verən "müsəlman" ölkələri kimisi yox.
İstiqlal savaşında Türkiyə müttəfiqlərə yaxşı dərs vermişdi. Türkiyəyə hörmət etməsələr, görünür, növbəti belə bir dərsə ehtiyac olacaq. Müharibə olacaqsa, Azərbaycan, istiqlal savaşında olduğu kimi, indi də Türkiyənin yanında olmalı, ona maddi və hərbi dəstək verməlidir.
- Qüdrət bəy, Azərbaycanın etirazlarına baxmayaraq, Rusiya Ermənistana müasir silahlar göndərməkdə davam edir. Sizcə nə etməliyik?
- Həmişə demişəm, bir daha təkrar edirəm. Qarabağın azadlığı üçün biz danışıqları Rusiya ilə aparmalıyıq. Əgər Rusiya indiki siyasətini davam etdirəcəksə, Azərbaycan neytrallıq siyasətindən imtina etməli, MDB-dən çıxmalı, müvafiq qanunları dəyişməklə ölkədə Türkiyənin hərbi bazalarını yerləşdirməlidir. Biz torpaqlarımızın işğaldan azad olunması üçün müharibə etməliyik. Ciddi qərarlar qəbul edib, qətiyyətli addımlar ata bilməsək, indiki siyasətlə Ermənistanla bir neçə 30 il də danışıqlar aparsaq, heç bir nəticəsi olmayacaq. Parlamentin payız sessiyası başlayan kimi mən Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təşəbbüsü ilə çıxış edəcəm. Müstəqil dövlət olub, müstəqil siyasət yürütdüyümüzü deyib, hətta bunu edə bilməyəcəyiksə, onda torpaqlarımızın azad olunmasını gərək yuxuda da görməyək. Rusiya torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı ola-ola biz ona "vasitəçilik", əslində isə işğalçılıq siyasətinə görə təşəkkür edib, strateji müttəfiqlikdən danışmamalıyıq. Biz özümüz-özümüzə hörmət etməliyik ki, başqaları da etsin.

Şərhlər
TWRKIƏ'Ə' QARŞI OLAN FİKİRLƏR VƏ BÖHTANDIR.SİZİ YAZINIZ KİMİN XEYRİNƏ İŞLƏYİR MƏLUMDUR.RUSLAR BELƏ MƏLUMATLARDAN İSTİFADƏ EDİB ERMƏNİSTANA ATOM SİLAHINI DA VERSİNLƏR.HEYİFLƏR OLSUN Kİ,BİZİM BELƏ DEPUTATLARIMIZ VAR.
Bu çağırış İraqda bomba var bombalayın hadisələrinə proloq kimi səslənir.
İrakı müxalifəti yalandan "atomu var!" "vızovı" bombalatd;
Zamanin nebzini tutan 2 adam var cingiz qenizade biri de qudret hesenquliyev.ikisi de damara baxib qanini alir
Ermənistana nüvə bombası atacaqsız ? Xocalı ayreportunu vura bilmirsiz Türkün pakistandan aldığı bombanı istəyirsiz. Bu nə düşüncə tərzidir, belə siyasət olar ?
Müharibəni başlamamışdan öncə beynəlxalq vəziyyətə nəzər salmaq lazımdır ki, Suriyanın vəziyyətinə düşməyək. Azərbaycanı poliqoma çevirmək olmaz.
Milli məclisdə bu cür cəsarətli cıxışlar müdafiə olunmalı və dəstəklənməlidir.
...Ay Qüdrət bəy,məgər Türkiyənin alimləri,hərbçiləri əl qolunu sallayıb.oturublar? Türkiyə özü hərbi sənayesində belə silahları işləyib hazırlaya bilmir ki.kimdənsə alsın? Bir az ətrafa diqqət et!dgtt
Ağıldan bəla!
Qüdrət bəy! bütün fikirlərinizi bəyəndik, bircə Rusiyaya aid hissədən başqa. Rusiya erməninin tərəfdaşıdır, onunla bundan sonra nədanışaq ki? onların fikri bizdən torpaq qopartmaqdır. Onlar yalnız
İcazəsiz sərhəddini keçəni, ərazini-özünü müdafiə üçün xəbərdar edib vurursan! Kim hara istəyir şikayət etsin.
Bu Qarabağın azadlığım
Bizim millət vəkilləri öz vəzifə borclarını yerinə yetirmək əvəzinə ölkəmizin və qardaş ölkənin dövlət sirlərini ictimailəşdirməkdə yarışırlar. Belələrini qanunverici orqandan uzaqlaşdırmaq lazımdır
Inanirmiş.Sən və sənin kimilərinin hesabina bu gunlere qalmisiq ey..... Nuvə bombasi ilə muharibe eliyrler?
Bunun dersini kim verecek Allahim, buna kim verib bele cefenciyyat fikirler soyleyir. Dovletinde sayiqligi olmalidir, buna demek lazimdir ki, ozune aid olmayan meselelere qarishma