Menu

KEÇMİŞ DEPUTATA CİNAYƏT İŞİ AÇILDI – Yeni Baş prokurora şikayətlər nəticə verdi

01.09.2020, 14:51
KEÇMİŞ DEPUTATA CİNAYƏT İŞİ AÇILDI – Yeni Baş prokurora şikayətlər nəticə verdi

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində keçmiş deputat Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.

Keçmiş deputat Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq əməli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bildirilir ki, cinayət işi Rafael Cəbrayılovun borclu olduğu şəxslərin Baş prokuror Kamran Əliyevə müraciətindən sonra başlanıb.

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bir qurp vətəndaşdan külli miqdarda borc pul alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ geniş rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Keçmiş deputatın borclu olduğu şəxslər Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə dəfələrlə ona müraciət etsələr də nəticəsi olmayıb. Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra zəzərçəkənlər ona da müraciət ediblər. Elə ilk müraciətdən sonra məsələ nəzarətə götürülüb. Az sonra isə Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.

Rafael Cəbrayılov toplam olaraq 1 550 000 (1 milyon 550 min) dollar borcu var ki, bu da milli valyuta ilə 2 635 000(2 milyon 635 min) manat edir. Keçmiş deputatın borclu olduğu şəxslər aşağıdakılardır:

Məlahət Qurbanova - 580 000 dollar

Təranə Fətəliyeva - 300 000 dollar

Xatirə Nəcəfova - 200 000 dollar

Yusif Orucov - 200 000 dollar

Aynur Kazımova -100 000 dollar

Şəfa Məmmədova - 80 000 dollar

Bəşir Məmmədov - 60 000 dollar

Allahverdi Səfərəliyev - 30 000 dollar

Əldə etdiyimiz məlumatda bildirilir ki, zərərçəkənlər istintaqın gedişindən razıdırlar. Onlar ümid edir ki, yaxın vaxtlarda problemləri həllini tapacaq. (Yenisabah.az)

Şərhlər

vətəndaş 2020-09-02 11:16:00

Onsuz da deputatxanaya siyahi ilə yığılanların çoxu qanunsuz işlər görür....( vergi ödəməyən biznesmenlər, bazara nəzarət edib qiymt qaldıran monopolistlər, yalan daçışanlar və s.) ...

Amon 2020-09-01 23:53:14

Bu temiz avaraymis ki

Xanim 2020-09-01 20:26:36

Bunu tutsalar

Vətəndaş 2020-09-01 19:06:35

Milli məclisdə monopolist deputatlar istədiiniz qədər vardır.Onlar müxtəlif yollarla (rüşvətlə.tanışlıqla,yerliçiliklə deputat siyahisinə yazılırlar ki. toxunulmazlıqlarından iistifadə edərək qanunsuzluqla əldə etdikləri vəsaiti,əmlakları əllərində saxkaya bilsinlər.Növbəti seçki zamanı bu adamları siyahiyə yazmasanız onlar da Rəfailin gününə düşəcəklər.Çünki xalqın onlardan haqlı şikayətləri bcxılmamış qalır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol