Menu

Dollar sürətlə ucuzlaşır – Azərbaycan manatı möhkəmlənəcəkmi?

01.09.2020, 15:13
Dollar sürətlə ucuzlaşır – Azərbaycan manatı möhkəmlənəcəkmi?

Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdə davam edir. Hazırda Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir. Nəticədə avro dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb.

İqtisadçı ekspert, deputat Vüqar Bayramov dolların məzənnəsində azalmaların ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpoziumundakı çıxışından sonra daha da sürətləndiyini deyir. “Belə ki, FED sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir”, - iqtisadçı qeyd edib.

Vüqar Bayramov bildirir ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir: “Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq”.

“AzPolitika.info”

Şərhlər

sual 2020-09-01 17:37:23

Bunları Vüqar Bayramov deyib???....)))))).....adamın paxıllığı tutur.....))))))))))))))))

t.ədalət 2020-09-01 15:21:40

Bu ucuzlaşma nhökümət tərəfindən banklar vasitəsi ilə quraşdırılmış oyundur.Bunu,həm də Rusiya belə istəyir.Dollar dünya puludur və onun arxasında supergüc dayanır.Odur ki,müvəqqəti oyuna aldanmaq lazım deyil.Azərbaycan gəreək düşmən ölkə olan Rusiyanın fırıldaqlarından uzaq ola.Neftin və qazın alış qiyməti məhz dollarla idarə olunur.Neft ölkələri "dostluq" ordenlərinin göstərişi ilə yox,dünyanın düzəni ilə yaşamalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol