Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə şəkli yayılan Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə töhmət verilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq həmin şəxs “BakuBus” MMC-də işləmir. O, bunu paylaşım xatirinə etdiyini bildirmişdi.


Şərhlər
Mən Zərbaliyev Pərviz Gülmirzə oğlu , 2009-cu ildən Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində tarix müəllimi kimi pedoqoji fəaliyyətə başlamışam.Müəllim kimi işlədiyim bu on il ərzində heç bir intizam tənbehi almamışam.Əksinə məktəbdə saxtakarlıq,təhsilə ayrılan büdcə vəsaitini dolayısı yolla mənimsəyən və israf edən direktor Elnur Rzayevin əməllərinə göz yummayıb dəfələrlə aidiyyəti orqanlara,yəni Təhsil Nazirliyinə,Maliyyə Nazirliyinə,Saatlı rayon prokurorluğuna müraciət etmişəm.Belə ki,01 oktyabr 2018-ci ildə məktəbdə baş veən qanunsuzluqlara göz yummayıb Saatlı rayon prokurorluğuna şikayət əizəsi ilə müaciət etdim. Belə ki,23 yanvar 2019-cu il tarixdə Saatlı rayon prokurorluğunun təqdimatı əsasında Maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi bu direktoru vəzifəsindən azad edir.Direktor Elnur Rzayevin Cinayət işi Saatlı rayon məhkəməsində getdiyi halda səkkiz aydan sonra Nərimanov rayon məhkəməsində bu direktor barəsində işə bərpa barədə qətnamə qəbul edilir.29 dekabr 2019-cu il tarixdə Sonda Cinayət işinə Saatlı rayon məhkəməsi tərəfindən baxılaraq , 09 yanvar 2020-ci ildə Cinayət Məcəlləsinin 66.2 maddəsi ilə 5000 manat cərimə kəsilərək, direktor Elnur Rzayev haqqında yüngül cəza qərarı qəbul edilərək, maddi məsul şəxs kimi vəzifədə qalmasına,direktor kimi işləməsinə heç bir məhdudiyyət qoyulmur.29 dekabr 2019-cu il tarixdə məktəbə direktor kimi qayıdan Elnur Rzayevin əsas işi məndən qisas almaq olur.Belə ki 31 yanvar 2020-ci il tarixdə Pedoqoji Şuranın iclasında,qəflətən mənim işdən çıxarılma barədə 15 saylı əmri mənə təqdim edir. Mənim işə bərpa iddiamla bağlı 04 may 2020-ci il tarixdə mülki iş üzrə Məhkəmə baxışı zamanı hakim işə bərpa barədə qərar qəbul etdi.Lakin mənim işə bərpa olunmağımı istəmədiyi üçün qərardan apellyasiya şikayəti verir.Məqsədli şəkildə məni və ailəmi maddi sıxıntı içində boğur.Səkkiz aydır ki,mən əmək haqqı ala bilmirəm.Çarəsiz durumdayam.Şirvan Apellyasiya Məhkəməsində işə bərpa ilə bağlı məhkəmə baxışı iclasının keçirilməsini səbrsizlikə gözləyirəm. Belə ki,Baş prokurorluq Saatlı rayon Məhkəməsinin qəbul etdiyi qərardan apellyasiya protesti verdikdən sonra Elnur Rzayev təqsirləndirilməsinə dair cinayət işi hal hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır.07.09.2020-ci il tarixdə bu cinayətkar direktorun məhkəməsi olacaq.