Menu

“Azərbaycanla Ermənistan arasında nələrin razılaşdırıldığını açıqlaya bilmərəm” - Lavrov

01.09.2020, 18:07
“Azərbaycanla Ermənistan arasında nələrin razılaşdırıldığını açıqlaya bilmərəm” - Lavrov

“Azərbaycan və Ermənistan maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət normallaşsın”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) tələbələri və müəllimləri qarşısında çıxışında deyib. (“Sputnik-Azərbaycan”.) 

O, iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə təmasları haqda danışıb: “Bizdə belə bir təəssürat var ki, hər iki tərəf sakitliyin yaranmasında, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkil etdiyi görüşlərin bərpasında maraqlıdır. Biz problemin həllinin ssenarisini yazmırıq, onların öz aralarında razılığa gəlmələri üçün şərait yaradırıq. Son 18 ildə tərəflər arasında sənədlər işlənib hazırlanıb. Az iş görülməyib. Həmin sənədlərdə həm BMT Nizamnaməsində, həm də ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplər qeyd olunub. Orada məsələnin həlli üçün razılaşdırılması vacib olan konkret parametlər də əksini tapıb”.

Nazir qeyd edib ki, həmsədrlər də 18 il ərzində işlənib hazırlanan sənədlər kompleksinə istinad edir. Onun sözlərinə görə, “Madrid prinsipləri”, tərəflərin sonrakı iş üçün təməl kimi razılaşdırdığı sənədlərin yenilənmiş versiyaları var.

“Bu sənədlər ATƏT katibliyində saxlanılır. Təkliflər səslənir ki, bu sənədlərdən imtina edib, ağ səhifədən başlamaq və ya hansısa B planını işə salmaq lazımdır. Biz hesab edirik ki, bu, böyük səhv olar və əminik ki, ötən illər ərzində görülmüş işlər bizim sonrakı səylərimizin əsasını təşkil etməlidir. Mən orada nələr razılaşdırıldığını detallı şəkildə təsvir edə bilmərəm, bu, işin kifayət qədər konfidensial hissəsidir”, – deyə Lavrov söyləyib. O bildirib ki, münaqişənin həlli üzrə sənədlərdə olan çözüm azərbaycanlılar və ermənilər üçün ədaləti təmin etməyə imkan verir.

Şərhlər

Cəlal Abdullayev 2020-09-02 11:09:21

Görürsünüz torbada pişik var.Ona görə bizimkilər Rusiyadan əl çəkmir,Qarabağ məsələsi ilə elə-belə,arabir xala xətrin qalmasın deyə boş,nMəsələnin kökü var ki,onu hamı təsəvvür edir.amma dəqiq ortaya çıxaran yoxdur...

t.ədalət 2020-09-01 21:57:53

Lavrovla ancaq zatı erməni olanlar razılaşa bilər.Bu adam deyir ki,ötən illər ərzində gördüyümüz işlər indiki səylərimizin davamı olmalıdır.Rusiyanın ötən illərdəki fəaliyyətri bizə on minlərlə əsgər itkisi ilə başa gəlib.ermənilər lazımınca silahlandılrılıb üstümüzə yönəldilib.İndi,Lavrovun dediyinin davamı olacaqsa vay biziom halımıza.Deməli,yenə də Rusiya bizi aldada-aldada qıracaq..

t.ədalət 2020-09-01 20:56:59

Burda sirr olan nə var ki?İşğal olunmuş ərazilərimiz qeyd-şərtsiz geri qaytarılmalıdır.Nəsə gizli bir şey varsa,deməli Rusiya ermənilərə hansısa vədi verib.Nə vaxtsa bu da açılacaq.erməni Lavrov,görünür ermənilər üçün nəyisə nəzərdə tutub.

Xalq 2020-09-01 20:07:51

sən yalan deyirsən,heç bir razılaşma olmayıb, sən işi yenə bir 30 il uzatmaq istəyirsən ey kərtənkələyan.

Fikrət 2020-09-01 18:59:58

ATƏT-in Minsk qrupunun tərkibinə təcili yenidən baxılmalıdır.Açıqcasına Ermənistana silah göndərən,orada hərbi baza saxlayan dövlət bu qrupa hansı mqsədlə salnıb?Bu bütün beynəlxalq qanunlara zidd əməldir.Rusiya bu qrupda təmsil oluna bilməz!V ya bu qrup ləğv edilməlidir.3 ildə bir nəticəyə vatmayn qrumun fəaliyyəti qaranlıqdır

Fikrət 2020-09-01 18:51:37

ATƏT-in Minsk qrupunun tərkibinə təcili yenidən baxılmalıdır.Açıqcasına Ermənistana silah göndərən,orada hərbi baza saxlayan dövlət bu qrupa hansı mqsədlə salnıb?Bu bütün beynəlxalq qanunlara zidd əməldir.Rusiya bu qrupda təmsil oluna bilməz!V ya bu qrup ləğv edilməlidir.3 ildə bir nəticəyə vatmayn qrumun fəaliyyəti qaranlıqdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol