Menu

“MEHDİYEV VƏ HƏSƏNOV MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIR” - "O bu vəzifəyə gələndən sonra..."

02.09.2020, 14:16
“MEHDİYEV VƏ HƏSƏNOV MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIR” -  "O bu vəzifəyə gələndən sonra..."

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin mətbuat haqqında aşağılayıcı fikirlərinə media cameəsindən reaksiyalar gəlməkdə davam edir.

Mövzu ilə bağlı “yenisabah.az”-a danışan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də mediadakı problemlərə görə Ramiz Mehdiyevlə Əli Həsnovun məsuliyyət daşıdığını bildirib.

“Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri postuna təyin olunub. Buna qədər Azərbaycanda “Azadlıq”, “Yeni Müsavat”, “525-ci qəzet” kimi nəşrlər, “Turan” kimi informasiya agentliyi fəaliyyət göstərib. Bu media orqanları heç kim tərəfindən maliyyələşdirilməyib, öz hesabına fəaliyyət göstərib. Yüzminlərlə oxucusu olub. Media orqanı kimi problemləri qabardıb, ictimaiyyəti narahat edən məsələlərə toxunub və s. Amma Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri təyin olunandan sonra vəziyyət dəyişdi. Tənqidi medianın sıxışdırılmasına başlandı. Müxtəlif vasitələrlə təzyiqlər edildi. Beləliklə, mətbuatın vəziyyəti başladı pisləşməyə. Bu onu göstərir ki, medianı sıradan çıxarmaq siyasəti yürüdülüb”, - deyə Mehman Əliyev vurğulayıb.

O qeyd edib ki, mətbuatın sıradan çıxarılması siyasətində əsas aparıcı şəxs məhz Ramiz Mehdiyev olub: “Necə olur ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olmamışdan əvvəl medianın vəziyyəti yaxşı idi, qəzetlərin kifayət qədər oxucusu var idi, amma o bu vəzifəyə gələndən sonra vəziyyət dəyişdi?! Onun vəzifəyə gəlişindən sonra köşklər qapandı, qəzetlərin satışına müxtəlif əngəllər törədildi, çap mətbuatının qiyməti qaldırıldı.

İctimai-siyasi məsələlərə, mətbuata Ramiz Mehdiyev nəzarət edirdi. Ona görə də Ramiz Mehdiyev məsuliyyətə cəlb olunmalıdır. Özü də təkcə o yox. Uzun illər ictimai-siyasi şöbənin müdiri olmuş Əli Həsənov da məsuliyyətdən kənarda saxlanılmamalıdır”.

Şərhlər

Mehdi 2020-09-03 06:17:35

....Allah aqil versin.Nə oyunlar cixardirlar bas acmaq olmur.Guyaki mehdiyevi isden qovub cixartmaq cox cetin imiş.

Universitet 2020-09-03 04:38:23

Cahangir Məmmədli barədə yazılanlar tam razıyam. Yaltaq jurnalistikanı yaradanlardan biri də odur.

Jurnalist 2020-09-03 04:34:40

Mehman Əliyev özünü çox ideallaşdirir... Əlində o qədər media orqanı olsa da sözünü zamanında onların üzünə deməyib...

Xalq 2020-09-02 18:35:30

İnformasiya bircə gün, hətta buraxılışından beşcə saat keçəndən sonra köhnə sayılır və oxunmur. Sensasiyalı informasiyaya isə sözüm yoxdur, bu informasiya mütləq oxunacaq.

Seyid Ənhu 2020-09-02 18:19:08

Əli Həsənova baxanda düşünürsən ki, eyvah, insanlıq hələ özünün hansı mərhələsindədir.!

Keçmiş Laçınlı 2020-09-02 16:08:48

Təbii ki, ötən seçkidə sizlər qalib gəlsəydiniz bu qarşıdurmalar olmayacaqdı? Amma, Konstitusion Qarabağ terrorçuları yenə azad fəaliyyətdə, hətta diplomatiyada qalacaqdılar, hmm?

Yengibar 2020-09-02 15:47:19

Yaxşı iş tapıblar, Ramiz Mehdiyev elədidyini edəndən sonra hər həftə bir məqalə yazır, hamı işini, gücünü atıb ona cavab verir, şərh edir, müzakirə açır. Və beləliklə həyat davam edir. Yenə Ramiz Mehdiyev insanları onların iradəsindən asılı olmayaraq idarə edir....bəlkə də, indi bu iş tapşırılıb ona.. Bu xalq da hey keşmiş zamanda danışır, gələcəydə danışmağa gücü çatmır, indikində danışmağa cəsarəti.Belə gəlib belə də gedəcək.

t.ədalət 2020-09-02 15:25:35

Əli Həsənovun "məclisbaşı",jurnalistika fakültəsinin təqaüd yaşı ötmüş professoru Cahangir Məmmədli də məsuliyyət daşıyır.Ə.Həsənovun ayağı dəyən yerə başını qoymaq üçün dəridən-qabıqdan çıxan bu adam cəzasız qala bilməz.Onun əli ilə Sona Vəliyevanın savadsız rəfiqələri fakültəyə müəllim gətirilərək professor edilib.

Xalid 2020-09-02 14:48:28

"Yüz minlərlə oxucu?" - Bir qədər təvazökar olun. Yalnız "Azadlıq" qəzetinin o boyda auditoriyası olub, o da 90-ın əvvəllərində. İkinci tərəfdən, "padşah yaxşıdır, ətrafı pisdir" nağılından bezmədinizmi? Mehdiyev öz hakimiyyətinimi müdafiə edirdi?

Zəkalı 2020-09-02 14:38:49

Yalan deyir. Məsələn, 2003-2007-ci illərdə Yeni Mesavat, Ekspress və Futbol+ qəzetləri çocx satılırdı, Ramiz Mehdiyev də vəzifədə idi. İndi bütün qəzetlərin satyı var, kimdi pul verib 1 gün əvvəlin məlumatları olan köhnə qəzeti alan?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol