GƏLƏN İL DÖVLƏT BÜDCƏSİNİN GƏLİR VƏ XƏRCLƏRİ ÜZRƏ PROQNOZLAR AÇIQLANDI - Neftin büdcə qiyməti 35 dollar olacaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 847,5 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6% azdır.

Beləliklə, büdcə kəsri 1 520,5 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 54,9% azdır.

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 35 ABŞ dolları olması nəzərdə tutulub. Məlumata görə, bu, 2020-ci illə müqayisədə eynidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə gəlirlər və xərcləri açıqlanıb. Bu, Azərbaycanın 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində əksini tapıb.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 146,3 milyon manat məbləğində proqnozlaşdırılır.

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı 2 351,8 milyon manat (1 383,4 milyon ABŞ dolları) məbləğində vəsait nəzərdə tutulub.

Məlumata görə, həmin vəsaitin 1 787,3 milyon manatı birbaşa xarici dövlət borcuna xidmət, 417,4 milyon manatı isə bir sıra dövlət müəssisələrinin dövlət zəmanəti ilə cəlb etdiyi öhdəliklərin təmin olunması, yerdə qalan 147 milyon manatı isə daxili dövlət borcuna xidmət məqsədi ilə istifadə olunacaq.

Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində mövcud kredit müqavilələri üzrə isə 609,5 milyon manat məbləğində vəsaitin istifadə olunması nəzərdə tutulur.

Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.

Məlumata görə, makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb. Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək.

Gələn il dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği məlum olub.

Layihədə büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və s.) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsilalanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 197,0 milyon manat maliyyə vəsaitinin nəzərdə tutulduğu qeyd olunub.

2021-ci ildə Azərbaycanda 75,4 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir.

Məlumata görə, bunun 31,8 milyard manatlıq hissə xidmət, 25 milyard manatlıq hissəsi sənaye, 5,7 milyard manatlıq hissəsi tikinti, 5,6 milyard manatlıq hissəsi isə kənd təsərrüfatı sektorlarında istehsal olunacaq, məhsula və idxala xalis vergilər isə 7,3 milyard manat təşkil edəcək.

Sənayenin qeyri-neft sektorunda 8,1%, neft sektorunda isə 3% artım gözlənilir. Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində ortamüddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə proqnozlaşdırılır.

Azərbaycanın gələn ilki dövlət büdcəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üçün 600 milyon manat ayrılacaq.

Bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.

Məlumata görə, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

2021-ci ildə Naxçıvan MR-in büdcəsinin gəlir və xərclərinin 502,3 milyon manat olması proqnozlaşdırılır.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə təxminən 4% çoxdur

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar