Menu

Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib - Fotolar

03.09.2020, 17:06
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib - Fotolar

Sentyabrın 3-də Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını ifadə ediblər.

Qonaqları salamlayan nazir müavini Azərbaycan-Rusiya əlaqələrinin qurulmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadıqlarını və bu əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb.

Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələlərinin də müzakirə olunduğu görüşdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-leytenant K.Vəliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir.

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Tsalikov da öz növbəsində vurğulayıb ki, tarixi köklərə əsaslanan əlaqələri olan ölkələrimiz strateji tərəfdaşdırlar. Bu cür görüşlərin keçirilməsi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynayır.

Tərəflər bu günlərdə “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku” müsabiqəsinin əhəmiyyətindən danışıblar.

R.Tsalikov da ölkəmizin “Dəniz kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Şərhlər

RT 2020-09-04 06:43:44

Rusdan ayrilmaqin bir yolu var ((((( Tamahi tapdalamaq kazimdi !!!! Onuda biz bacarmiruq , efsusdar olsun ((((

.EJDER 2020-09-04 01:40:31

ONLAR BIZDEN YARARLANIRLAR,QOVUN ONLARI

Xalq 2020-09-03 18:19:21

əl çəkin bizdən də balam, bizdən nə istəyirsiniz? pay atonnan...

Türk 2020-09-03 17:34:30

Rusa 200 ildir bizə divan tutur. İndi tarixi şərait yaranıb onlardaqn uzaqlaşmaq lazımdır. Başa düşə bilmirəm bu rusdan niyə ayrıla bilmirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol