Menu

Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - Video

03.09.2020, 17:24
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - Video

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplekləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.

“Report”un xəbərinə görə, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplekləşdirilmiş dərman qutularının olması vacib şərtdir:

“Bu, “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.

Şərhlər

Haqqı deyən 2020-09-04 09:20:00

Yaxşı olardı meçidin qapısının qarşısında əyləşəsiniz. Bizi cana gətirmisiniz. Bir yandan siz, başqa bir tərəfdən Bakı nəqliyyat agentliyi.

.EJDER NAQILBAZ 2020-09-04 02:06:53

AYE,BUDCENI DOLDURMAQ UCUN ALTERNATIV YOLLAR TAPERLER

Xalx 2020-09-04 00:27:24

Heç kim ilkin yardım göstərə bilmirsə ( hamı sürücülük vəsiqəsini necə alıb məlumdur ) , nəyə lazımdır “ apteçka”. Yenə kimsə ölkəyə dərman qutuları gətirib?

Rt 2020-09-03 22:58:25

El Helal !!!! Allah kessin yediyinizi !!!! Maasha baxin sora qerar verin , Ay Allahsizdar!!! Bura Almaniya deyil !!!!

Sürücü 2020-09-03 21:59:19

Azərbaycanı cərimələr ölkəsinə döndərmisiniz.Yəqin az sonra havadan nəfəs alma qaydası düşünüb əhalini,kasıblara cərimə tətbiq edəcəksiniz.Başqa,ağıllı br təklifiniz haçan olacaq?d

t.ədalət-ə 2020-09-03 21:57:00

Bu cərimələrin heç biri büdcəyə daxil olmur.Cərimələr bir qayda olaraq bəlli hesaba köçürülür ....

t.ədalət 2020-09-03 21:19:04

Büdcəni dolduyrmaq üçün,görəsən,daha hansı fırıldaq qalıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol