MÜDAFİƏ NAZİRLƏRİNİN MOSKVA GÖRÜŞÜ... – Azərbaycanın iştirakı lazımdırmı?

Sentyabrın 4-də Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirlərinin görüşü olacaq. Görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Orada əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

ŞƏT 2001-ci ildə yaradılıb. Hazırda quruma səkkiz dövlət üzvdür. Bunlar Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır. MDB isə 1991-ci ildə SSRİ-nin dağılması ilə yaradılıb. Baltikyanı respublikalar və Gürcüstan istisna olmaqla SSRİ-yə daxil olmuş respublikaların hamısı bu qurumun üzvüdür. MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı hərbi ittifaqı da mövcuddur. Amma ora yalnız Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Hazırda Azərbaycanda bir sıra təhlilçilər hesab edirlər ki, belə görüşlər daha çox Rusiya və Çinin maraqlarına cavab verir.

Fəzail İbrahimli: "Tədbirlərə qatılmaq lazımdır"

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, Azərbaycanın müxtəlif formatlı qurumların tədbirlərində iştirakını müsbət cəhət sayır. Onun fikrincə, belə tədbirlər Azərbaycana öz sözünü deyə bilmək fürsətidir. F.İbrahimli əlavə edib ki, belə tədbirlərdə iştirak etməmək, məsafə saxlamaq diplomatiyadan bir az uzaqlaşmaq əlamətidir.

Eyni zamanda, vitse-spiker vurğulayıb ki, belə tədbirlərdən nəsə mühüm nəticə gözləmir, amma Azərbaycan bununla qarşı tərəfin Ermənistanım (Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanı nəzərdə tutur - "Azərbaycan danışıqlardan qaçır, aqressiv mövqe tutur" kimi ittihamlarını əlindən alır:"Amma iştirak etdikdə Azərbaycan öz şərtlərini ortaya qoymaqla beynəlxalq aləmə bütün görüşlərə, istənilən danışıqlara hazır olduğu mesajını verir".

Elxan Şahinoğlu: “İştirak etmək lazım deyil”

Əksinə, politoloq Elxan Şahinoğlu isə Azərbaycanın belə tədbirlərə qatılmasını məqsədəuyğun saymır. O, “Azadlıq” radiosuna deyib ki, Kremlin məqsədi öz siyasi orbiti ətrafında siyasi-hərbi bloku gücləndirməkdir. Politoloq hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərində müəyyən problemlər var.

O bu il iyulun 12-dən 16-na kimi Tovuz rayonu istiqamətində Azərbaycanla Ermənistan arasında döyüşləri və bundan sonra Rusiyadan Ermənistana hərbi yüklərin daşınması ilə bağlı açıqlamaları xatırladıb: "Avqustun 12-də dövlət başçısıİlham Əliyev Rusiya Federasiyasının (RF) prezidenti V.Putinlə telefon danışığında buna etiraz etmişdi. Avqustun 25-də Azərbaycana gələn RF müdafiə naziri Sergey Şoyquya bununla bağlı sual veriləndə "Rusiyadan Ermənistana inşaat texnikası daşınır" cavabı vermişdi. Bu isə yalan idi".

E. Şahinoğlu deyib ki, Rusiya köhnə imperiyanı bərpa etmək üçün qonşu dövlətləri öz orbitinə cəlb etmək istəyir: "Bu toplantıların bir arada keçirilməsinin məqsədi də budur. Putinin planını reallaşdırmaq istiqamətində addımlar atılır". 

E. Şahinoğluna görə, Azərbaycan bu hərbi siyasi blokda iştirak etməməlidir, Türkiyə ilə sıx ittifaq yaratmalıdır.

Hikmət Hacızadə: “Özlərini qorumaq istəyirlər”

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, sözügedən qurumlar anti-Qərb mahiyyətlidir. H.Hacızadənin fikrincə, onlar özlərini qorumaq üçün Qərbə alternativ bir qurum yaratmaq istəyirlər:"Yenə Rusiya ilə Çin çalışacaq ki, digər ölkələri öz ətraflarına yığaraq Qərb və demokratiya əleyhinə səfərbər etsinlər. Qərbə, demokratiyaya və azadlıqlara qarşışkilatlanmaq istəyirlər".

Onun fikrincə, daha bir müzakirə obyekti Belarusdakı vəziyyətdir. Onun qeyd etməsinə görə, həmin ölkələr dildə Belarus xalqının yanında olduqlarını desələr də, gerçəkdə A. Lukaşenko hakimiyyətini dəstəkləyəcəklər:"Qərb Çini də, Rusiyanı da sıxır, sanksiyalarla hədələyir. Odur ki, Çin də, Rusiya da Qərbdən özünü qorumaq üçün cəbhə yaratmağa səy göstərir"

H. Hacızadənin fikrincə, Azərbaycan Türkiyə ilə daha sıx ittifaq yaratmaq yolunu tutub, bu isə Moskvanı narahat edir.

635x100

Şərhlər

OQTAY 2020-09-04 14:13:52

Azerbaycan,konkrent movqe tutmalidir.Turkiyeni Sanxay ET-na niye goturmediler,ona gore ki,Rusiyada Cinde cekinirler,daha doqrusu qorxurlar....,

vidadi goyce 2020-09-04 08:27:09

silahi tikinti materiali ile deyishik salan shoylenberq ve putlerle sohbete ne ehtiyac?

Bəhram 2020-09-03 23:48:54

Qarabağ hərbi işğaldan azad edilənəcən Nazir Z.Həsənov və Qərargah rəisi N.Sadıkovun Azərbaycanı tərk etmələri doğru deyil. Onların müavinləri mütləq qaydada həmin forumda iştirak etməlidirlər!

.EJDER NAQILBAZ 2020-09-03 19:25:20

WOYQU CAQIRIFSA,NRT DEMEK OLMAZ

Xalq 2020-09-03 19:22:20

Diplomatiyamızın başındakı adam görmür ki, rusun yanında olsa xalqın müstəqilliyi əldən çıxır? ona görə də Elxan Şahinoğlunun mövqeyi düzgün mövqeydir.

Son yazılar