Menu

Türkiyədə koronavirusdan daha 49 nəfər ölüb.

03.09.2020, 22:47
Türkiyədə koronavirusdan daha 49 nəfər ölüb.

Son gün ərzində Türkiyədə koronavirusdan daha 49 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 511 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 642 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 248 087-ə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol