Azərbaycanda partiya sədri barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur.
İş üzrə iki nəfər zərərçəkən var. Onlar İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.
Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.
İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin A. Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov Təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb.
A. Müslümova Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Ağadur Müslümov APA-nın məsələ ilə bağlı sualını cavabsız qoyub.
"Mən tədbirdəyəm, sizinlə sonra əlaqə saxlayaram”, - deyə o bildirib.

Şərhlər
Qayda Qanun ((( Derdeeee
2013-də olan məsələnin bu gün hallandırılması absurddur,bir də bu 100 000 manat haradan əldə olunub?Maaşla bu bitən deyil.Mənbəi də aaşdırılmalıdır.ikinci trəfdən şikayət müddəti keçdiyindən bu işə baxılmamalıdır.Əgr baxılırsa ,deməli burada da çirkli məqsəd mövcuddur.
Isaxanda bu qeder pul hardan ? Oqrudan oqruya halaldi !!!
Adam pulu alıb və dediyini də edib.Ta, nə bilsinki,razılaşdıgı naziri işdən çıxardacaqlar. Bunun harası dələduzduqdur? Guya bu 100 mini evindən gətirib verməyib ki.Tikib, talayıb, pulu da verib,istəyib ki, daha çox talasın, alınmayıb.