Azərbaycanda parlament partiyalarının sayı artıb.
“Report”un xəbərinə görə, indiyədək parlamentdə 9 siyasi partiya təmsil olunurdu.
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev “Report”a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi partiya sentyabrın 1-də dövlət qeydiyyatına alındığı üçün rəsmən parlament partiyası sayılacaq.
Bundan başqa, həmin gün (1 sentyabr 2020-ci il) ReAl Partiyası da dövlət qeydiyyatına alınıb. ReAl-ın üzvü Erkin Qədirli Milli Məclisdə təmsil olunduğundan bu partiya da rəsmən parlament partiyası sayılacaq (E.Qədirli bu barədə açıqlama verib).
Bununla da parlament partiyalarının sayı 9-dan 11-ə çatıb.
İndiyədək parlamentdə təmsil olunan partiyalar bunlar idi:
Yeni Azərbaycan Partiyası (YAP),
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ,
Böyük Quruluş Partiyası (BQP),
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP),
Ana Vətən Partiyası (AVP),
Vəhdət Partiyası,
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP),
Vətəndaş Birliyi Partiyası (VBP)
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP).


Şərhlər
müxalifət yoxdur orada. Müxalifətsiz parlament millətə yox ciblərə işləyər
Böyük quruluş,Vətəndaş birliyi gözəl səslənir.Ancaq bu pariyaların ictimaiyyətdə tanınması və ya hansısa bir iş gördüyüü görən,hiss edən olubmu? Belə fiktiv partiyalar adlandırmaqla ölkəyə ziyan vurulduğunu,əhalinin qeydinə qalınmadığını,insan hüquqlarının polis və digər orqanlar tərəfindən pozulduğunun baş verdiyi cəmiyyətdə birdə belə pafoslu yalan partiyalarıMilli məclisə salmağın nə əhəmiyyəti var?s
Biri bire deymez !!!! Yûzûde birine !!! Addarni k ,,, qoyublar , Ayibdiyeeee Vallahi bele côrey haramdi !!!! Bunnarin balalari ne olacaq ? Derd
M.M-də müxalifət partiyaları var? əcəbdi.
55-60partiya olduğu haldaniyə parlamentdə bu qədər az partiya təmsil olunub? Təmsil ounanların da hamısı adını müxalifət qoysa da iqtidar yönümlüdürlər.Belə patrlament millətin qeydinə qala bilərmi?y