Menu

ABŞ-da polis əməkdaşı və daha bir nəfər güllələnib

04.09.2020, 17:32
ABŞ-da polis əməkdaşı və daha bir nəfər güllələnib

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində naməlum şəxslər polis əməkdaşı Ceyms Skernivitsə atəş açıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəisiKelvin Vilyam bildirib.

Onun sözlərinə görə, xidməti vəzifəsini icra edərkən naməlum şəxslərin açdığı atəş nəticəsində polis əməkdaşı və daha bir nəfər ölüb. Ceyms Skernivits təcrübəli polis əməkdaşı olub. O, təxminən 25 il hüquq-mühafizə orqanlarında işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol