Menu

Ermənistanda yoluxanların sayı 44 500-ü ötdü

05.09.2020, 11:26
Ermənistanda yoluxanların sayı 44 500-ü ötdü

Ermənistanda daha 188 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44649-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 895-ə çatıb. İndiyədək 39 823 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 656 aktiv koronavirus xəstəsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol