Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib.
Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan şəxs isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
* * *
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hazırda xilasedicilər dağıntılar altında qalan bir nəfərin xilas edilməsi istiqamətində tədbirləri davam etdirir.
* * *
Bakının Biləcəri qəsəbəsində dəhşətli partlayış baş verib.
APA-nın məlumatına görə, hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə qeydə alınıb.
Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Böyütmək üçün şəkillərə klikləyin
[gallery ids="60320,60321,60322,60323,60324,60325"]

![Biləcəridə dəhşətli partlayış - Ölən və yaralananlar var - Fotolar [Yenilənib]](https://static.azpolitika.info/storage/news/b59ffbc43136827b43007b926f68fb13/3b001eda-a39d-40c0-b2e2-4103a7735e82_740.jpg)
Şərhlər