Menu

Azərbaycan-Türkiyə-İran görüşünün keçirilməsi müzakirə olunur

07.09.2020, 13:46
Azərbaycan-Türkiyə-İran görüşünün keçirilməsi müzakirə olunur

“İran-Türkiyə-Azərbaycan üçtərəfli görüşünün keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır”. “Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

“İranla Azərbaycan arasında əlaqələr heç bir sərhəd tanımır. Daha yüksək səviyyəli bir diplomatın Azərbaycana səfir göndərilməsi bu istiqamətdə atılan addımdır”, - o bildirib.

Qeyd edək ki, İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi əvvəllər İran XİN-də sözçü vəzifəsində işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol