Menu

Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək

07.09.2020, 17:01
Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək

Azərbaycanda peşə təhsili müəssisələrində işləyən təhsilverənlərin attestasiyası keçirilməsi təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı maddəsinə ( Attestasiya olunmayan işçilər) dəyişiklik olunacaq.

Dəyişikliklə peşə təhsili müəssisələrində işləyən təhsilverənlər attestasiyası keçirilməyənlərin siyahısından çıxarılır.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:

Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol