Menu

Rusiya indiyədək Azərbaycana 12 min COVID-19 testi göndərib

08.09.2020, 10:53
Rusiya indiyədək Azərbaycana 12 min COVID-19 testi göndərib

Rusiya 39 ölkəyə indiyədək 1 066 200 koronavirus testi göndərib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti yayıb.

Testlərin böyük qismi – 699 700-ü MDB dövlətləri və qondarma Abxaziya və Cənubi Osetiya respublikalarına çatdırılıb.

MDB dövlətləri arasında ən az COVID-19 testi Azərbaycana göndərilib – 12 000. Bu göstəriciyə görə lider ölkələr Qırğız Respublikası (157 000), Özbəkistan (138 500) və Ermənistandır (100 000).

Statistika sentyabrın 4-dək olan dövrü əhatə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol