“Mən onlarla sirdaş olmasam da, həmkar olmuşuq. Bir komandada işləmişik. Yəni, yaxşı günlər də olub, pis günlər də olub. Yeri gəlmişkən, indi bəziləri, ağzıgöyçəklər danşırlar ki, mən Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq mən onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret, istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb, avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir. Bu, qeyri-mümkündür”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri keçmiş səhiyyə naziri, Haqq Ədalət partiyasının sədri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibəsində Ramiz Mehdiyevlə bağlı sualı cavablandırarkən deyib.
Əli İnsanov Ramiz Mehdiyevin Rusiyanın adamı olduğuna işarə vurub: "Ramiz Mehdiyev hər zaman Rusiyanın tərəfdarı və onunla yaxın münasibətləri olub.Ona böyük hörmət olub, dəstək olub və sairə. Ancaq mən maraqlanıram, bu gün ona niyə dəstək vermirlər? Məni bir də, daha çox maraqlandıran başqa şeydir. Yəni, burada nöqtə qoyaq ki, bizim Ramiz Mehdiyevlə birgə siyasi fəaliyyətimiz ola bilməz”.
AzPolitika.info

Şərhlər
Azərbaycan xalqı səninlə fəxr edirdim--hanı sənin mərdliyin, qürurun, yıxılana balta vurmamağın--həqiqəti görməyi öyrən ey mənim xalqım--elə ol ki bütün özünü ağıllı hesab edənlər sənə möhtac olsun
Hər ikiniz də eyni xislətini sahibisiz: yerlibaz, sərvət düşgüne, qəddar, vəzifəpərəst, hiyləgər, intriqan.
İkiniz də bir bezin qırağısız. Heç birinizdən bu xalq xeyir görmədi. Hər ikinizin bir ayağı qəbirdədi.bu gün sabahsız. Ölub gedirsiz amma hikkənizdən əl çəkmirsiz. Gedin bir iki gün də nəvələrinizlə oynayın.axı bu millət bezib əlinisdən.kimdən sə inciyib Partiya yaradıb heyf çıxmaq istiyirsiz.əziyyət çəjənsə bizik. RƏDD OLUN ÖLKƏDƏN HƏYASIZLAR
Primakov kimi düşmənin ad gününü keçirən ölkənin hakimiyyətində Rusiyanın adamı olmayan var?
Ramiz Mehdiyev rus kəşfiyyatına işləyirsə hansı ağlı başında olan adam onunla iş birliyinə gedər?
Bu bir ....dir.
ramiz mehdiyev ne qeder iyrencdirse, eli insanov bir o qeder iyrencdir, bu iyrencliyin mahiiyyeti ise onun azerbaycanciliq deyil yerlibazliq tefekkurune soykenmesidir, cemiyyetin agilli kesimi bunu cox aydin gorur, gorunen daga ne beledci?!