Bakı sakini barəsində qanunsuz protokol tərtib edildiyi bildirilir.
Bu barədə “Report”a paytaxt sakininin özü - Elvin Məcidov deyib.
O bildirib ki, idarə etdiyi "VAZ-2107" markalı avtomobillə paytaxtın Bakıxanov prospektində qadağan olunmamış hissəsində dayanarkən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən onun barəsində protokol tərtib olunub:
“Hüquqşünaslar dedi ki, mən, həqiqətən də, qayda pozmamışam. Yolun başlanğıcında quraşdırılan 3.27 dayanma və durmanı qadağan edən nişan, 1.4 sarı xəttin bitdiyi yerdə qüvvəsini itirir. “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin VI hissəsinin 4-cü bəndində qeyd olunub ki, 1.4 sarı bütöv xətt 3.27 nişanı ilə tətbiq edildikdə dayanmanın qadağan olunmuş yerləri bildirir.
Həmin prospektdə nişan qoyulmuş yerdən başlayan 1.4 sarı xətt bir az qarşıda bitir. Sarı xətt bitdiyi yerdə 3.27 dayanma durmanı qadağan edən nişan da qüvvəsini itirir. Mən sarı xətt bitən yerdən sonra Rusiya səfirliyini keçib dayanmışam. Lakin barəmdə protokol tərtib olunub”.


Şərhlər
Vallahi-billahi Bakı Nəqliyyat Agentliyinə baxanda Dövlət Avtomobil Müfəttişliyinin ətəyində namaz qılmaq olar. Danışıram siz də qulaq asın görün haqlıyam, yoxsa haqsız. Avqust ayının 19-da Bakı Soveti deyilən yerin başına 3-4 dəfə fırlanandan sonra idarə etdiyim maşına yer tapmaq üçün yanılmıramsa Şeyx Şamil küçəsinin bir tərəfində saxlayıb, mühərriki söndürmədən maşından düşdüm və bir oğlandan burada saxlayıb-saxlamamağı soruşdum. Yox cavabın alandan sonra maşına əyləşib yoluma davam etdim. Həmin vaxtdan bir saat keçməmiş mənə SMS gəldiki flan yerdə qaydanı pozduğunuz üçün 20 manat cərimə olunursunuz. Utanmadan da təklif edirlər ki, 10 gün müddətində pulu ödəsəniz 10% güzəşt olunacaq. Deyirəm ay insafsızlar biz sizi kimi pulu küçələrdən yığmırıq. Bir kameraya baxın görün mən məgər orada bir dəqiqə dayanmışam ya, yox. Nə isə kiməsə “borclu” olmağı xoşlamadığım üçün BNA-nin “məsləhətinə” qulaq asıb pulu özümün, həyat yoldaşımın, uşaqlarımın, nəvələrimin, qohum-əqrabanın, qonum-qonşuların başına dolayıb “it aparan olsun” deyib ac BNA-nin hesabına keçirtdim. Dedim yazıqdırlar, qoy bizim zillətlə qazandığımız pulları evlərində ac qalmış balalarına versinlər, bəlkə gözləri doyar.
ha ha ha malades,,,ANALOQU OLMAYAN ISLAHATLARDIRRRRR
BNA müharibə əlillərinə də aman vermir.Hətta aptek yanında dayansan belə cərimən hazırdır.Bu da BNA işçilərinin savadsızlığından irəli gəlir.Vaxtı ilə Ziya Məmmədovun "qulbeçələri" də fəaliyyət göstərirdilər.