“BƏLİ, MƏN ÇOX OTURDUM..." - “Əgər getsəm, tərəfdarlarımı qıracaqlar”

Belarus rəhbəri Aleksandr Lukaşenko bu gün Rusiya jurnalistlərinə müsahibə verib. Müsahibə üçün “Russia Today”in baş redaktoru Marqarita Simonyan, “Qovorit Moskva” radiosunun baş redaktoru Roman Babayan, “Pervıy kanal”ın əməkdaşı Anton Vernitski və “Rossiya 1” televiziyasının əməkdaşı Yevgeni Rojkov Belarusa səfər ediblər.

A.Lukaşenko sualları cavablandırarkən etiraf edib ki, onun hakimiyyəti çox uzun çəkib:“Bəli, ola bilər ki, mən çox oturdum. Ola bilər ki, məni təkcə televizorda yox, ütüdə, çaynikdə də göstərirlər. Amma indi yalnız mən Belarusu müdafiə edə bilərəm”.

Seçkilərdən sonra ölkədə başlayan etiraz aksiyalarının səbəblərindən danışan Lukaşenko iddia edib ki, aksiyaları Polşa və Çexiyadakı mərkəzlər vasitəsilə amerikalılar idarə edir. Bununla yanaşı, o, daxili səbəblərin də olduğunu söyləyib, qeyd edib ki, onun hakimiyyəti dövründə Belarusda iki yeni nəsil formalaşıb: “Burjuyçiklərin böyük sinifi formalaşıb və doğrudan da narazılıq yaranıb, onlar hakimiyyət istəyir”.

Lukaşenko asanlıqla təslim olmayacağını söyləyib: Mən elə-belə getməyəcəyəm. Əsrin dörddə biri müddətində Belarusu yenidən qurmuşam. Bunları atıb gedə bilmərəm. Əgər getsəm, tərəfdarlarımı qıracaqlar”.

Amma Lukaşenko Konstitusiya islahatından sonra növbədənkənar prezident seçkilərinin keçirilməsini istisna etməyib.

635x100

Şərhlər

rasim quliyev 2020-09-09 22:42:21

Heyatda insan vaxti vaxtinda nese etmelidir.

Vətəndaş 2020-09-09 19:18:49

Beloruslar bizim kim millət kimi talan-qarət olunmayıblar. Orada rüşvət korrupsiya oğurluq yoxdur. Ancaq diktatura rejimidir.

Eli 2020-09-09 11:18:52

Deyirem ne qeder bedbext ne qeder ciliz insanlar prezidentler var.Demeli 26 il prezitent işleyen 10 milliondzn artıq ehalisi olan bir ölkeye rehberlik edenin düşüncesine derrakesin baxın da demeli bunun özü kimi beş on xalqına zülm eden terefdarına göre guya bu vezifeden getmek istemir.Adam dehşete gelir ağıl dönur bunlar mece hakimiyyete gelirler be miy ondan el çeke bilmirler.Ay bedbext çıx get azadlığın dadını gör azad nir insan kimi yaşa gör nedir bu azadlıq ki insanlar ondzm ötrü canlarını qurban berirler

Son yazılar