İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.
“Report”un xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.
“Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq”, - o əlavə edib.
Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Şərhlər
Bu gün ədalətsiz məhkəmə özbaşınalığındanTofiq Yaqublunu müdafiə edə bilməyən xalq öz torpağını erməni işğalından da müdafiə edə bilməyəcək...
Azad edilsin !
Tofiq müxalifətdə tək tük kişilərdəndir ki, dürüstdür, hardansa maliyyələşdirilmir.
Azad etmək lazımdır
Bu gün ədalətsiz məhkəmə özbaşınalığından Tofiq Yaqublu müdafiə edilməlidir...
Nə vaxta kimi oğru məmurların doğru insanları cəza verdiyini görəcəyik? Oğru cəzalanmalı ikən, doğrunu bu cəzadan qurtulmaq yollarını axtaracagiq? Sonrada niyə hər sahədə hamıdan geri qalmagin səbəbini tapmaq isteyeceyik.
Mən siyasətçi deyiləm. Ancaq O Tofiq Yaqublunu şərləyən erməniyə oxşayırdır. Ləhcəsindən .... Onun kimliyi haqda məlumat verilsə yaxşı olardı
Tofiq Yaqublu Qarabağ müharibəsi qəhrəmanıdır. Ona Milli Qəhrəman adı verilməli idi.