AZƏRBAYCANIN İSVEÇDƏKİ DİPLOMATİK HEYƏTİ GERİ ÇAĞIRILIB? - Səfirdən açıqlama (Yenilənib)

Bu gün yerli mətbuatda Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyi əməkdaşlarının Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırıldığı barədə məlumat yayılıb.

Həmin məlumatlarda iddia olunur ki, Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, konsulluq və humanitar məsəsələr üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli İsveçdən geri çağırılıb və artıq Bakıya gəliblər.

"AzPolitika.info" xəbər verir ki, Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə virtual.az.org-a açıqlamasında xəbərləri təklizib edib: “Mən iş yerindəyəm. Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyinin əməkdaşlarının geri çağırılması barədə məlumat həqiqəti əks etdirmir. Əməkdaşlarımızın geri çağırılması ilə bağlı məlumatların yayılması növbəti təxribatdır”.

Saytın yazdığına görə Xarici İşlər Nazirliyi sistemindəki rotasiyaya uyğun olaraq birinci katibin səlahiyyət müddəti bitib.

Xatırladaq ki, bundan əvvəl də İsveçdəki azərbaycanlı diplomatların geri çağırılması ilə bağlı xəbərlər yayılıb.

AzPolitika.info

***

Azərbaycanın İsveçdəki diplomatik heyəti Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırılıb. Xeber.de-nin diplomatik mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, birinci katib Vaqif Seyidbəyov, konsulluq və humanitar məsələlər üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli artıq Bakıdadırlar.

Diplomatların Bakıya çağırılması ilə bağlı ilkin versiyalardan biri onların Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlatdığı cinayət işi ilə bağlı olmasıdır. Hazırda azərbaycanlı diplomatların fəaliyyət göstərdikləri binanın qapıları da bağlıdır. Telefon zəglərinə isə, cavab verilmir.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış cinayət işinə görə Eldar Həsənov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri ikən avqustun 13-də DTX əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıb. Bundan bir neçə gün sonra o, səfir vəzifəsindən azad olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) onunla bağlı yaydığı məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

635x100

Şərhlər

Kələntər 2020-09-14 19:14:11

Yerli mətbuatımız da deyəsən Günəşi Gönəş oxuyub!?

Maqsud 2020-09-12 12:36:44

bir dəstə ruspərəst getdi, indi xin-ə yeni ruspərəstlər gəlib, amma indi daha incə və daha ehtiyatla işləyirlər. Mammedyarovdan sonr aheç nə dəyişməyib.

Eldar. 2020-09-10 14:19:28

Günəş savadsızın biridir. Onu səfir göndərmək dipıomatiyaya tüpürmək kimi bir şeydir. Xaricdəki diplomatik nümayəndiliklərin demək olar ki hamısı geri çağırılmalıdır.

Almaniyadakı Azərbaycanlılar 2020-09-10 11:20:11

Hörmətli DTX, Azərbaycanın Almaniyadakı Səfirliyi cinayət yuvasıdır. Buranın konsulluq şöbəsində hər şey alınır və satılır, hətta çirkli pullar da saxlanılır və yuyulur. Bu qara oişlərin başında ziyalı görkəmli səfir... Ramin Həsənov dayanır.

Son yazılar