“11 ƏYALƏT YARADILSIN, QUBERNATORLAR TƏYİN OLUNSUN...” – Deputat bəzi nazirliklərin də ləğvini zəruri hesab edir

Son günlər Azərbaycanda "bu qədər idarəetmə orqanlarını saxlamağa ehtiyac varmı" tipli müzakirələrə yenidən tez-tez rast gəlmək mümkündür. Müzakirələrdə ölkədə idarəetmə subyektlərinin sayının azaldılması, bəzi kiçik rayonların birləşdirilməsi və idarəetmədə paralelçiliyin aradan qaldırılması kimi təkliflər də eşidilir.

Hazırda ölkədə dövlətə məxsus 17 nazirlik, 7 komitə, 14 xidmət, 16 agentlik fəaliyyət göstərir. Bundan əlavə, 60-dan çox rayon mövcuddur...

Deputat Vahid Əhmədov mövzu ilə bağlı "Turan" Agentliyinə deyib ki, rayonlarla əlaqədar idarəetmə strukturunda ciddi dəyişikliklərə ehtiyac var. Onun fikrincə, son vaxtlar dövlət orqanlarında baş verən həbslər, korrupsiya faktları onu göstərir ki, bu sahəyə kifayət qədər fikir verilməyib: "Ölkədə 11 iqtisadi rayon var. Ona görə təklif edirəm ki, ölkədə 11 əyalət yaradılsın, 11 əyalətdə də icra başçısı, qubernator təyin edilsin".

Deputatın dediyinə görə, burada bir şərt əsas yer tutur, bu da bələdiyyələrə münasibətin dəyişməsidir: "Bələdiyyələrə səlahiyyətlər verilsin. Bələdiyyələrin statuslarına əlavələr edilsin. Bir sözlə, Azərbaycan bələdiyyələri Türkiyə idarəçilik variantına keçirilsin. Sosial-iqtisadi məsələlərlə bələdiyyələr məşğul olsun".

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə strukturunda ciddi dəyişikliklər baş verməyib. Onun fikrincə, idarəetmədə təkmilləşdirmə hələ başa çatdırılmayıb, struktur islahatları bitməyib: "Elə nazirliklər, komitələr var ki, onlara ehtiyac yoxdur, elələri birləşdirilməlidir. Azərbaycanda struktur islahatları başa çatdırılmalıdır. Bu qədər nazirliklərə, komitələrə, ehtiyac yoxdur. Düşüncəmə görə, ölkədə nazirliklər, komitələr qarışıq 14-15 idarəetmə vahidi idarəçilik üçün yetərlidir".

İqtisadçı Natiq Cəfərliisə “Azadlıq” radiosuna deyib ki, partiyaları hələ hərəkat olduğu zaman, 2013-cü ildə hökumətəölkənin iri iqtisadi regionlarda birləşdirilməsi, regional idarəetmə modelinin tətbiqi və yerli özünüidarəetmənin gücləndirilməsi kimi təkliflər verib. Onun deməsinə görə, digər təkliflər paketi isə kiçik və effektiv hökumət modeli ilə bağlı olub: "Söhbət ondan gedir ki, Azərbaycanda kifayət qədər büdcəyə yük olan, idarəetmənin fəlsəfəsinə problemlər yaradan, təkrarçılığa yol verən strukturlar var".

Amma N.Cəfərli hesab edir ki, indi sırf optimallaşdırmanın həyata keçirilməsi qanunvericilik baxımından həll olunmalıdır: "Yəni, məsələ prezident fərmanları ilə yox, Konstitusiyaya, qanunlara salınmaqla həllini tapmalıdır. Konstitusiya islahatlarına ehtiyac var, regional idarəetmə prinsipləri tətbiq olunmalıdır. Yerli özünüidarəetmə gücləndirilməlidir. Bakı, Gəncə, Lənkəran, Şəki kimi böyük şəhərlərdə mer seçkiləri olmalıdır. Rayon icra başçılarının əvəzinə rayon bələdiyyə sədrləri birbaşa seçkilərdə seçilməlidir".

İqtisadçıya görə, optimallaşma baxımından müəyyən addımlar atılsa da, burada da yarımçıqlıq var. Onun fikrincə, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasına ehtiyac yoxdur, nazirliklərin sayı optimala yaxın olsa da, dövlət komitələrinin sayıçoxdur: "...Meliorasiya və Su Təsərrüfatı və "Azərsu" ASC-lər var, bunların paralel fəaliyyətlərinə ehtiyac yoxdur".

635x100

Şərhlər

Səlim 2020-09-11 02:26:34

Əslində mən də bir çox şərh yazanlarla razıyam ki, ölkənin bir neçə regiona bölünməsini. Bəlkə indi olmasada haçansa separatizmə, münaqişəyə, ayrı seçkiliyə gətirib çıxara bilər. Əyər dövlət büdcəsinin yükünü azaltmaq lazımdırsa bunu sadə üsulla həyata keçirmək olar. Həqiqətən də bələdiyyə varsa İcra Hakimiyyəti nəyə lazımdır? Və ya əksinı. Onlardan birini ləğv edib səlahiyyətlərini digər quruma vermək olar. Həmçinin də bəzi nazirlikləri və komitələrı və s. Əyər bu məqsədə uyğundursa, dövlətin əlavə xərclərini azaltacaqsa? Daha burada Amerika kəşf etmək lazım deyil. Oturub əməlli başlı fikirləşmək lazımdır. ABŞ da da ştatlar var Rusiyada da əyalətlər, respublikalar, vilayətlər və ya Avropada da ölkələrə görə əylətlər var və s. Nə qədər möhkəm sistem olursa olsun, hətta inkişaf etmiş, sosial rifahı yaxşı olan ölkələr olsa belə, kiçik bir narazıçılıqda və ya xarıçı müdaxilə nəticəsində dövlətə baha başa gələ bilər. Heç kim deyə bilməz ki, sabah yada haçansa ABŞ da hər hansı bir ştat müstəqilliyini elan bilməz, Bavariya Almaniyadan ayrıla bilməz, İsveçrədə kantonlar müstəqillik əldə edə bilməz. Ara sıra hətta bu inkişaf etmiş ölkələrdə bu vəziyyət yaranır. Bunlar inkişaf etmiş, sistemləri oturuşmuş, həyat səviyyəsi yüksək olan ölkələrdi. Ona görə bir qərar qəbul etməmişdən qabaq yaxşı fikirləşmək lazımdır ki, haçansa bunun acısını çəkməyək.

.EJDER NAQILBAZ 2020-09-11 01:44:35

HA HA HA MALADES,POLISINDE ADINI QORODOVOY QOYMAQ OLAR,NEJEDE

İ.Mustafaoğlu 2020-09-10 22:20:47

Biz Azərbaycanımızın inkişafını görmək istəyiriiksə, ölkəmizdə demokratik deputat və bələdiyyə seçkiləri keçilməlidir. Ölkəmizin inkişafına demokratik seçkidən qədəm qoyulur...Əgər seçkilər demokratik keçirilməsə, quberniyaların yaranması boş-boş, mənasız sözdür. ... İnkişafımız üçün kadr təyinatı önəm daşıyır....İndi təyin olunan Nazirlər, İcra başçıları xalqa xidmət etmək fikrində deyillər... Ona görədə qanunlarımıza, nəzarət qanunu olmalıdır. Vətəndaşların şikayətinə obyektif baxmayan məmurlar cəzalandırılmalı, başqalarıda görülmüş tədbirlərdən özü üçün nəticə çıxartmalıdır...Mənasız yazışmalarda, yerlərdə vətəndaşların müraciətlərinə baxılmaması səbəbli, məcburiyyət qarşısında qalaraq vətəndaşlar yuxarı instansiyalara müraciət etmiş olurlar.. Yuxarı instansiyalarda vətəndaşların müraciətlərini şikayət etmiş ünvanlara göndərirlər və bu səbəbli əsassız yazışmalara yol verilir... Vahid müəllim, belə qanunsuz işlərin qarşısını almaq lazımdır.

Fuad 2020-09-10 19:54:33

Bu dovletciliye boyuk ziyandi. Hec cur olmaz. Usaqpulunun axirina cixin evvelce. Usaqpulu daha vacib meseledi

məmmədqulu 2020-09-10 17:17:44

İcra hakimiyyətlərində hamı başçı, müavin işləmir e..... 90 faiz sıravi işçilər ailəsinə bir tikə çörək aparır, qənaət olunası o qədər xərclər var ki. Vahid onları çox yaxşı bilir.nə

cahangir 2020-09-10 14:35:25

qoy desinlər filankəs də nəsə dedi.. yeri get...

məmmədqulu 2020-09-10 13:50:48

Əslində milli məclisdə ixtisarlar etmək lazımdır.... pensiya ilə yanaşı dövlətdən küllü miqdarda əmək haqqı alanlar getməlidir

mir 2020-09-10 12:57:51

Məmləkət milli düşmənlərin işğalından azad olmayana kimi istənilən forma dəyişkənliyi böyük mənada heç nəyi dəyişməyəcək. Çünki, məzmun dəyişkənliyi bu irticanın sonu deməkdir. Vəssəlam.

t.ədalət 2020-09-10 12:32:15

Əgər biz rayonları əyalət ipinə bağlasaq,Rusiya onları milli azadlıq istəyi ilə üstümüzə qaldırıb ölkəmizi parça-parça edəcək.Əyalət qurumunda əhalinin say artımı var və onların əksəriyyəti Rusiyanın fitnə planlarının içərisindədir.Odur ki,"saqqal darağı" axtarmağa ehtiyac yoxdur.Elə belə də idarə olunuruq.Əyalət yaratma regionçuluq murdarlığına da yol aça bilər.Regionçuluq azarından bezikmişik,qoyun xalq birləşsin.

Nazim 2020-09-10 12:03:11

ramiz mehdiyev meselesine Vahid Ehmedov niye munasibet bildirmedi?

Nazim 2020-09-10 12:00:02

ramiz mehdiyev meselesine Vahid Ehmedov niye munasibet bildirmedi?

RUS NÖKƏRİ VAHİD 2020-09-10 11:44:37

ə vahid tutağım ki 11 əyaləti başa düşdük -.... adını quberniya qoymaq nə deməkdir ki? .... biz xoxolun hambalıyıq VƏTƏNİMİZİN adını quberniya qoyaq? .... ölürsünüz hamınız deyəsən AZƏRBAYCANI rusa satmaq üçün .... ... bizi qatasınız ulu düşmanın tərkibinə özünüz də olasınız cırtdan şah. sadəcə TÜRKİYƏNİN .... qorxusundan buna.......

Vətəndaş 2020-09-10 11:16:06

Əyalətin,quberniyanın axırı separatizm ilə nəticələnəcək. Bu düzgün fikir deyil. Bu deputat yəqin qubernator olmaq istəyir

Son yazılar