RAMİZ MEHDİYEVİN SİFARİŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə təyin olunandan sonra bu qurum dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb.

AMEA-nın bir neçə şübhəli tender əməliyyatı barədə məlumat verilib. Məsələn, ötən yazılarımızda qeyd etmişdik ki, Akademiyanın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi çilçıraq almaq üçün “Zinger-İnşşat” MMC ilə müqavilə imzalyıb. Müqavilənin dəyəri isə nə az, nə çox 40 000 AZN-dir.

Araşdırmalarımız zamanı malın real dəyərindən baha olduğu üzə çıxmaqla yanaşı AMEA-nın müqavilə imzaladığı “Zinger-İnşaat”la bağlı da şübhəli məqamlar üzə çıxmışdı. Bu sırada şirkətin nizamnamə kapitalının 4 AZN olması və Ramiz Mehdiyevin AMEA-nın prezidenti postuna təyinatından iki həftə sonra yaradılmasını göstərmək olar.

AMEA bu günlərdə növbəti satınalmanı həyata keçirib. Qurumun Mərkəzi Elmi Kitabxanası “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Şirkət kitabxananı yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və “digər mallar”la təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.

Açıq mənbələrdə MMC-ilə bağlı yalnız Koronavirusla Mübarizə Fonduna 500 AZN köçürməsi barədə məlumata rast gəldik. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərliyə gəlincə, onun adı iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edir. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb.(yenisabah.az)

635x100

Şərhlər

Kitabxanaci 2020-09-13 18:22:56

Muzey de, kitabxana da boyuk binalardir. Muzeyde 100-dek zal var. 40000 cilciraqlar ucun gulunc doguracaq qeder az puldu.

Fuad 2020-09-12 23:52:27

Ramiz üçün bu rəqəmlər gülüncdür

Mehdi 2020-09-12 13:42:25

Ramiz belə xəyanətkardır,bəs niyə o bu qədər vəzifədə saxlanılıb, indi də Akademiyanın prezidentidir?

Son yazılar