Menu

Qum fırtınası Ankaranı qaranlığa qərq etdi - VİDEO

12.09.2020, 21:18
Qum fırtınası Ankaranı qaranlığa qərq etdi - VİDEO

Ankarada qum fırtınası Polatlı və Haymana rayonlarını qaranlığa qərq edib. Toz buludu güclü küləklə müşayiət olunur. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bir anda göy üzünü bürüyən toz buludu vətəndaşları təşvişə salıb.

Qum fırtınası Ankaranın mərkəzində də yaşanıb. Güclü küləyin havada uçurduğu əşyalar altı nəfərin yaralanmasına səbəb olub. Binaların damları uçub, ağaclar aşıb. Bəzi yerlərdə elektrik və telefon xətləri sıradan çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol