Menu

Qan xərçənginin ilkin əlamətləri açıqlandı

13.09.2020, 15:07
Qan xərçənginin ilkin əlamətləri açıqlandı

Onkoloq, mammoloq, tibb elmləri namizədi, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, Rusiya Onkoloqlar Assosiasiyasının üzvü, həkim Roman Temnikov qan xərçənginin erkən əlamətlərini açıqlayıb.

Bu barədə “Report” “RİA Novosti” agentliyinə istinadla xəbər verir.

O, üsusi halda baş ağrıları, başgicəllənmələr, pis iştah, temperaturun yüksəlməsi, zəiflik və yorğunluq, çəkinin kəskin azalması kimi əlamətlər vaxtı müayinədən keçməyi məsləhət görüb.

Həkimin sözlərinə görə, xəstəlik sonrakı mərhələlərdə onsuz da özünü taxikardiya, bədəndə göyərmə, dodaqların və dırnaqların mavi rəngi, huşun itməsi, dəri səpkiləri, oynaqların və sümüklərin ağrısı kimi göstərə bilər.

Şərhlər

SSRİ 2020-09-13 18:32:50

SİZ NƏ QƏDƏR SAVADSIZSIZ Kİ ELMİ İNFORMASİYANI ANCAQ RUSİYAYA İSTİNADƏN YAZIRSIZ..İNGİLİS DİLİNDƏ ELMİ MƏQALƏLƏRƏ NƏZƏR YETİRİN VƏ NƏ QƏDƏR İNNOVATİV VƏ İNSANLARI SAVADLANDIRACAQ İDEYALARA RAST GƏLMƏK OLAR...SİZİN MƏQALƏLƏRDƏN SSRİ nin KİF İYİ GƏLİR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol