Menu

Türkiyədə terrorçular zərərsizləşdirildi

13.09.2020, 17:27
Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyədə “İldırım” əməliyyatının 11-ci mərhələsinin gedişatında Şirnakda 3 terrorçu zərərsizləşdirilib.

“Report” “Anadolu” istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

"Türkiyə jandarmeriya qüvvələrinin "İldırım" əməliyyatının 11-ci mərhələsinin gedişatında Bestler ərazisində üç silahlı terrorçu zərərsizləşdirilib", - xəbərdə deyilir.

Regionda əməliyyatlar davam edir.

Qeyd edək ki, PKK 19984-cü ildən Türkiyədə terror aktları həyata keçirir. Bu illər ərzində terrorçular tərəfindən təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin öldürülüb.

Şərhlər

Xalq 2020-09-13 17:59:04

Yaşa Türkiyəmiz! Türk düşmənləri məhv olcaq inşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol