Menu

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başladı

14.09.2020, 23:25
İspaniyada koronavirus vaksininin kliniki sınaqları başladı

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb. Virtualaz.org bildirir ki, Santander şəhərində xəstəxanaların birində “Johnson & Johnson” şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.

Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.

Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.

İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol