Menu

Diyarbəkir şəhərinə 2 min hərbçi nəzarət edir

08.10.2014, 22:52
Diyarbəkir şəhərinə 2 min hərbçi nəzarət edir

Komendant saatının vaxtı uzadıldı

Kobanidəki kürdlərə dəstək tələbi ilə Türkiyədə kürd fəalların hökumətə qarşı keçirdiyi etiraz aksiyaları zamanı yaranmış qarşıdurmalarda ölənlərin sayı 16-ya çatıb, 30-dan çox xəsarət alan var. Ən gərgin vəziyyət Diyarbəkirdədir.

ANS-nin məlumatına görə, toqquşmalardan sonra Diyarbəkirdə komendant saatı elan edilib. Diyarbəkir şəhər mərkəzində təhlükəsizliyə ağır texnika və tankların müşayiəti ilə 2 min hərbçi nəzarət edir. Şəhərin giriş-çıxışlarında müvəqqəti postlar qurulub. İstanbul və Ankara kimi şəhərlərdə də etirazçılar barrikadalar qurublar. Gərginliklər İstanbulda terror təhlükəsini artırıb. Təhlükəsizliyi gücləndirmək məqsədilə şəhərə əlavə hərbi qüvvələr cəlb edilib.

Son məlumatlara görə, Türkiyədə bir sıra vilayətlərdə komendant saatının müddəti sabah səhər saat 6-ya qədər uzadılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol